Iran Azərbaycanından daxil olan məlumatlara görə 10 güneyli fəal İran təhlükəsizlik qüvvələri tərəfindən həbs olunub. Həmin fəallar Qərbi Azərbaycanın Qoşaçay şəhərində Azərbaycan Demokrat Firqəsinin liderlərindən olmuş Xanəli Mütiyinin məzarı üstündə toplanaraq 1945-46 illərdə qurulan Milli Hökümətin ildönümünü qeyd edən zaman nəzarət altına alınıblar.
Oyan News veb səhifəsi 21 Azər (12 dekabr) tarixində Qoşaçayın Qıcılı kəndində Xanəli Mütiyinin məzarı üzərində keçirilən dinc mərasimdə həbs edilən fəallardan Həbib Mənafi Azər, Cavad Sudbər, Daryuş Əndəlibiyan, Yusuf Muxtari və Muxtar İbrahiminin adlarını açıqlayıb.
Yayılan məlumata əsasən İranın təhlükəsizlik qüvvələri Azərbaycan Milli Höküməti ilə bağlı keçirilən tədbirə qatılanları dağıtmaq üçün bibər qazından istifadə edib.
“İranın təhlükəsizlik qurumları Azərbaycan Milli Hökümətinin 68-ci ildönümü ərəfəsində Azərbaycanın muxtəlif şəhərləri və Tehranda yaşayan türk fəalları təhdid edərək, 21 Azər münasibətilə keçirilən tədbirlərdə iştirak etməmələrini tələb edib,” deyə Azərbaycan veb səhifələri bildirir.
Milli Hökumətin liderlərindən olmuş Xanəli Mütiyi 1946-cı ilin dekabrında Azərbaycan türklərinin yaşadığı əraziləri zəbt edən İran ordusu tərəfindən qətlə yetirilib.
1945-46-cı illərdə Seyid Cəfər Pişəvərinin başçılığı altında və SSRİ qüvvələrinin yardımı ilə qurulan Azərbaycan Milli Hökuməti İranda yaşayan Azərbaycan türklərinin müasir tarixdə ilk dövləti olub. Pişəvəri hökumətinin apardığı geniş islahatlar sayəsində Azərbaycan türkləri ilk dəfə olaraq İranda öz ana dillərində təhsil almaq və özünü-idarəçilik hüquqlarını qazanıblar.
1946-cı ildə İran ordusunun Milli Hökuməti məhv etməsi ilə Azərbaycan türkləri bu hüquqlardan məhrum edildilər. İstər Şah dönəmində, istərsə də 1979-cu ildə Ayətulla Ruhulla Xomeyninin qurduğu İslam Respublikasında indiyədək də Azərbaycan türkləri bir çox milli mədəni-siyasi hüquqlardan məhrumdurlar.
Milli mədəni hüquqlar uğrunda mübarizə aparan fəallar İran hökuməti tərəfindən ciddi təqiblərə məruz qalır. Onların bir qismi vətəni tərk etməyə məcbur olmuş, bir çox başqaları isə siyasi fəaliyyətlərinə görə həbsdədirlər.