Accessibility links

Qubad İbadoğlu: Azərbaycan istehlakçısı ailə büdcəsini idarə etməkdə çətinlik çəkir [Audio]


2013-cü il Azərbaycanda qiymətlərin bahalaşması və istehlakçı zənbilinin zəifləməsi ilə müşayiət olundu. Bu fikirləri İqtisadi Tədqiqatlar Mərkəzinin sədri Qubad İbadoğlu ilin yekunlarına dair Amerikanın Səsinə müsahibədə səsləndirib.

Qubad İbadoğlu 2013-cü ilin iqtisadi yekunlarını şərh edir
please wait

No media source currently available

0:00 0:11:02 0:00

Cənab İbadoğlu yanacaq qiymətlərinin 30 faiz artırlmasını ilin iqtisadi baxımdan ən mühüm hadisəsi hesab edir. Onun sözlərinə görə yanacaq qiymətlərində bahalaşma bütün başqa malların qiymətlərində bahalaşma ilə müşayiət olunub. Meydana çıxan inflyasiya öz növbəsində Azərbaycan istehlakçısının maliyyə imkanlarını məhdudlaşdırır, alıcılıq qabiliyyətini zəiflədir.

“Düzdür, il ərzində maaşların artırılmasına dair prezident çoxsaylı sərəncamlar imzaladı. Amma bu, seçkilər öncəsi, ilin son üç ayını əhatə etdi və böyük bir məbləğlə ifadə olunmadı,” deyə iqtisadçı maaşlarda artımın əksər hallarda 10 faizi ötmədiyini vurğuladı.

Neft hasilatının ötən illərə nisbətən azaldığını qeyd edən Qubad İbadoğlu bildirdi ki, Azərbaycan hökuməti büdcədə neft gəlirlərindən asılılığı azaltmaq üçün bir sıra addımlar attıb. O, eyni zamanda korrupsiyaya qarşı mübarizədə bəzi nailiyyətlər olduğunu söylədi. Buna misal olaraq o, ASAN xidmətinin bəzi büroktratik əngəlləri aradan qaldırdığına diqqət çəkdi.

Ekspert əlavə etdi ki, Azərbaycanda irimiqyaslı korrupsiyanın aradan qaldırıldığına ciddi sübut yoxdur. “Təkcə büdcənin idarə olunması deyil, dövlətin idarə edilməsində yenə də korrupsiya kifayət qədər yüksək səviyyədə qalır.” O, buna nümunə olaraq Londonda qərargahlanan Global Witness təşkilatının “Anonim Azərbaycan” adlı hesabatını qeyd edib. Həmin hesabatda Anar Əliyev adlı kimliyi çoxuna bəlli olmayan adama milyonlarla pul qazandıran maliyyə sövdələşmələri yer alıb.

2014-cü ildəki perspektivləri nəzərdən keçirən Qubad İbadoğlu inflyasiyanın güclənə və davam edən qiymət bahalığının əhalinin rifah halına mənfi təsir göstərə biləcəyini qeyd edib.
XS
SM
MD
LG