Accessibility links

Jurnalistləri Müdafiə Komitəsi: İnternetdə mətbuat azadlığı məhdudlaşdırılır


İlk dəfə olaraq Jurnalistləri Müdafiə Komitəsi media azadlığının məhdudlaşdırıldığı ölkələrin illik siyahısına kiber məkanı da əlavə edib. Komitə bildirir ki, dünya üzrə jurnalistlər zorakılıq və repressiyalarla qarşılaşmağa davam edir, senzura və izləmələr də informasiya axınına təsir göstərir.

Jurnalistləri Müdafiə Komitəsi media azadlığının ən çox məhdudlaşdırıldığı ölkələr arasında Misir, Banqladeş, Suriya, Ekvador, Liberiya, Zambiya, Rusiya, Vyetnam və yüzlərlə insanın internetə məhdudiyyətlərə etiraz etdiyi Türkiyəni göstərib.
Komitənin nümayəndəsi Ceffri Kinq:“Türkiyə dünyada jurnalistlərin ən çox həbs edildiyi ölkədir. Bu qanuna etiraz edən insanlara atəş açılıb, gözyaşardıcı qazdan və yüksək təzyiliq sudan istifadə edilib.”

Komitəsinin internetin müdafiə şöbəsinin koordinatoru Cefri Kinq deyib ki, parlamentin Türkiyədə internetə məhdudiyyətlər qoyulmasını nəzərdə tutan qanunu qəbul etməsi vəziyyətin daha da ağırlaşmasına gətirib çıxaracaq. “Bu, hökumətin bəzi halalrda məhkəm’nin qərarı olmadan URL ünvanlarını bağlamasına gətirib çıxaracaq.”

Jurnalistləri Müdafiə Komitəsinin iddialarına cavab olaraq, Türkiyə rəsmiləri bu dəyişikliklərin qanunların yaxşılaşdırılması, ifadə azadlığı, özəl hüquqlar və şəxsi mülkiyyətin qorunması arasında balans yaradılması məqsədilə edildiyini bildirib.

Komitənin bildirdiyinə görə, Misirdə keçən il hərbi qüvvələrin hökuməti ələ keçirməsindən sonra beş jurnalist öldürülüb, 30 jurnalistə hücum edilib, 11 media orqanında isə reydlər keçirilib. Ölkədə Əl-Cəzirənin tele-şirkətinin dörd müxbiri daxil olmaqla 20 jurnalist həbs edilib.

Jurnalist Anna Therese Dey Misirdə hazırkı durumun inqilab dövründən çox fərqli olduğunu deyir: “Mən orada tam sərbəst işləyirdim. Qolu qısa geyimdə olurdum. Başımı çox vaxt örtmürdüm. İndi isə mənim kimi adam üçün bu, mümkün deyil.”

O, Misiri özünü artıq təhlükəsiz hiss etmədiyi üçün tərk etdiyini bildirib.

Jurnalistləri Müdafiə Komitəsi müharibələrin jurnalistlər üçün böyük təhlükə olaraq qaldığını bildirib. Lakin komitə dünya ölkələrinin hökumətlərinə xəbərdarlıq edib ki, rəqəmsal kommunikasiyaların monitorinq edilməsi onların işi üçün daha ciddi maneələr yarada bilər.

Cefri Kinq: “İndi bir çox ölkələrdə ayrı-ayrı şübhəli şəxslər deyil, kütləvi izləmə sistemi var. Buna görə də ayrı bir ölkə deyil, kiber məkan göstərilir. Müxtəlif ölkələrdə bu, qanunun aliliyi çərçivəsində fərqli səviyyələrdə ediilr, lakin bu, tez bir zamanda hökumətin öz tənqidçilərini izləməsinə gətirib çıxara bilər.”

Jurnalistləri Müdafiə Komitəsi bildirib ki, Milli Təhlükəsizlik agentliyinin keçmiş kontraktoru Edvard Snoudenin ABŞ-ın kiber məkanda izləmə haqda açıqlamalarından sonra xəbər agentlikləri cəzalandırılmaqdan müdafiə edilməli olan mənbələri itirə bilər.

Amerika İcmalı

Amerika İcmalı - 15 Oktyabr, 2021
please wait

No media source currently available

0:00 0:29:08 0:00
XS
SM
MD
LG