Accessibility links

ABŞ Sevastopolda Ukrayna hərbi bazasının ələ keçirilməsini qınayıb


Birləşmiş Ştatlar Ukraynada hərbi obyektin Rusiya tərəfindən ələ keçirilməsini qınayaraq, bunun təhlükəli bir presedent yaratdığını bildirib.

Ağ Evin sözçüsü Cey Karni bu açıqlamaları Rusiya hərbiçilərinin silahsız könüllülərlə bnirlikdə Sevastopolda bazanın ərazisinə daxil olaraq, bazada Rusiya bayrağını ucaltmasından sonra verib. “Rusiya hərbi qüvvələrinin Ukraynada hərbi obyektləri ələ keçirməyə davam etməsi təhlükəli bir tendensiya yaradır. Biz bu hərəkətləri qınayırıq”-deyə Cey Karni bildirib.

Obama administrasiyasının nümayəndəsinin sözlərinə görə, Birləşmiş Ştatlar Krımın ilhaqı ilə əlaqədar Rusiya və Ukraynanın 11 rəsmisinə qarşı elan edilmiş sanksiyaların genişləndirilməsini nəzərdən keçirir. “Bu vəziyyətdə diplomatiya yeganə həll yolu olaraq qalır və biz Ukraynanın suverenliyi və onun ərazi bütövlüyünün pozulmasına cavab olaraq yeni ölçülər hazırlayırıq”-deyə Cey Karni bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Blinken Avropa müttəfiqləri ilə danışıqlar üçün Almaniyadadır
please wait

No media source currently available

0:00 0:14:30 0:00
XS
SM
MD
LG