Accessibility links

Güneyli məhbus İbrahim Savalanın səhhəti ağırlaşıb


İbrahim Savalan
İbrahim Savalan
Hüquq müdafiəçiləri fevral ayında Beynəlxalq Ana Dili Günü ilə bağlı kütləvi həbslər zamanı nəzarət altına alınmış və hazırda Təbriz zindanında saxlanılan tanınmış fəal və yazar İbrahim Savalanın (Rəşidi) səhhəti ilə bağlı narahat olduqlarını bildirir.

Əvvəllər də böyrək problemi yaşamış güneyli məhbusun vəziyyəti bu yaxınlarda ağırlaşıb. Bu xüsusda milli fəalın qardaşı Cəlal Rəşidi Amerikanın Səsinə məlumat verib.

“Zindan soyuqdur və İbrahimə sadəcə bir yorğan verilib. Buna görə də böyrəklərində yenə problem yaranıb. Onu müalicə etmək yerinə sadəcə ağrıkəsici veriblər,”-deyə məhbusun qardaşı söyləyib.

Bəzi xəbər saytları İbrahim Savalanın vəziyyətinin ağırlaşdığı vaxt onun zindanın klinikasına aparıldığı haqda məlumat verib. Amma Cəlal Rəşidinin sözlərinə görə, “onu heç klinakaya aparmayıblar, elə zindanda saxlanıldığı bölmədə gətirib ağrıkəsici veriblər.”

Fevralın 20-də Beynəlxalq Ana Dili Günü münasibəti ilə Əhər şəhərində təşkil olunmuş toplantıda 100-ə yaxın milli fəal həbs edilmişdi. Nəzarət altına alınanların hamısı müvəqqəti olaraq sərbəst buraxılsalar da, şair və türk dili müəllimi İbrahim Savalan daha öncə Təbriz İnqilab məhkəməsi tərəfindən məhkum olduğu bir il həbs müddətini tamamlamaq üçün Əhər zindanından Təbrizin mərkəzi həbsxanasına köçürülüb.
XS
SM
MD
LG