Accessibility links

İran qanunvericiləri siyasi məhbusların döyülməsinə dair iddialarla bağlı təhqiqata çağırıb


İranın bir neçə mötədil qanunvericisi siyasi məhbusların döyülməsinə dair iddialarla bağlı təhqiqat aparılmasına çağırıb.

Çağırış İranın rəsmi xəbər agentliyinin Evin məhbəsində məhbuslara təzyiqlərlə dair məlumatından sonra səslənib.

Xarici mətbuat orqanlarının yazdığına görə, aprel ayının 17-də keçirilən yoxlanış zamanı 30-ya yaxın məhbus vəhşicəsində döyülüb.

İranın ədliyyə sistemi isə zorakılıqlara yol verildiyini inkar edir.

İranın dövlət həbsxanasının rəhbəri Qulam Hüseyn Esmaili məlumatı xarici mətbuat orqanlarının propoqandası adlandırıb.

Associated Press-n verdiyi məlumta görə, Esmaili vəzifəsi artırılıb. O, Ədliyyə Nazirliyinin rəhbəri təyin edilib.

İranın dövlət televiziyası Amerikanın Səsinin və BBC-nin fars xidmətlərinin Evin həbsxanasındakı reydlə bağlı məlumat yaymasını pisləyib.

The Guardian-ın məlumatında deyilir ki, məhbusların bəzilərinin başı yarılıb, qabırğaları sındırılıb, bədənlərində ciddi zədələr qeydə alınıb.

Amerikanın Səsi döyülən məhbusların ailə üzvlərindən onların qohumlarını yaralı gördüklərinə dair məlumat alıb. Onlar həbsdə olan ailə üzvlərinin təhlükədə olduğunu bildirib.

Jurnalistlərin Müdafiəsi Komitəsinin bildirdiyinə görə, döyülənlər arasında jurnalistlər də olub. Qurum məhbusları döyələrin məsuliyyətə cəlb edilməsinə çağırıb.

2009-cu ildən İranda bir neçə siyasi məhbus işgəncələr və tibbi yardım göstərilməməsi səbəbi ilə dünyasını dəyişib.
XS
SM
MD
LG