Qərbdə “Böyük Müharibə” kimi tanınan Birinci Dünya Müharibəsinin başlamasından 100 il ötür. Dörd ildən çox çəkən qanlı müharibə nəhəng imperiyaların mövcudluğuna son qoydu və II Dünya Müharibəsinin toxumlarını səpdi.
Birinci Dünya Müharibəsi fotolarda
9
Müharibənin nəhəng miqyası itkilərin dəqiq sayını ölçməyi çətinləşdirir. Təxmin olunur ki, müharibə əsnasında 9-10 milyon əsgər həlak olmuş, 22 milyon yaralanmışdır. Ən azı 7 milyon mülki vətəndaş münaqişədə həyatını itirib. Bu şəkildə Britaniya əsgərləri xərək daşıyırlar, Flanders, 1917.
10
ABŞ qoşunlarının müharibəyə daxil olması müharibənin gedişatını həll etdi. Yüz minlərlə gümrah Amerika əsgərinin Avropa sahillərinə ayaq basmasından bir neçə ay sonra Fransa və Britaniya ilə savaşda heydən düşmüş Almaniya silahı yerə qoydu. ABŞ əsgərləri döyüşdə: C Batareyası, Altıncı Səhra Artilleriya Batalyonu, Birinci Diviziya, Fransanın Beaumont şəhəri yaxınlığında artilleriya atəşi açır. 1918.
11
Britaniya artilleriyası Qərb Cəbhəsində alman mövqelərini yerlə yeksan edir.
12
Alman əsgər qumbara atır.