Accessibility links

Con Kerri: Ekstremistlər üzərində birgə mübarizə etməklə qələbə çalmaq olar


ABŞ Dövlət katibi Con Kerri İslam dövləti və ya İŞİD kimi tanınan qrupa qarşı mübarizədə daha geniş əməkdaşılığa çağırıb.

New York Times qəzetində şənbə gün dərc olunan məqalədə Con Kerri bildirib ki, terrorçu qrup tərəfindən artan təhlükə təkcə İraq və Suriyada deyil, Birləşmiş Ştatlar da daxil olmaqla, terrorçuların aşkar edilməmiş şəkildə gedə bildiyi hər yerdə mövcuddur.

O bildirib ki, İŞİD döyüşçüləri iyrənc vəhşiliklər və qəddarlıq nümayiş etdirib, lakin onları Birləşmiş Ştatların başçılığı ilə ölkələrin ən geniş koalisiyasını yaratmaqla dayandırmaq olar.

Prezident Barak Obama bu yaxınlarda İslam dövləti qrupu ilə bağlı hələlik strategiyanın olmadığını deyib,lakin Kerri qəzetdəki məqalədə Vaşinqtonun sentyabrda BMT-nin Baş Assambleyasının sessiyası zamanıTəhlükəsizlik Şurasının zirvə görüşündə fəaliyyəat planın irəli sürəcəyini bildirib.

Con Kerri məqaləsini bitirərək yazıb ki, ekstremistlər üzərində qələbə ölkələr və xalqların onlara qarşı məsuliyyətli şəkildə birgə çıxış etdiyi zaman mümkündür.

Amerika İcmalı

Amerika İcmalı - 24 Sentyabr 2021
please wait

No media source currently available

0:00 0:28:23 0:00
XS
SM
MD
LG