Accessibility links

Şotlandıyanın müstəqillik referendumunun nəticəsi alqışlanır


Şotlandıyanın müstəqillik referendumunun nəticəsi bir çox ölkənin alqışı ilə qarşılanıb.

ABŞ prezidenti Barak Obama Şotlandiyanı demokratiyaya sədaqətinə görə təbrik edərək, debatlar və müzakirələrin Şotlandiyanın dünya və Böyük Britaniyaya misilsiz töhvələr verdiyini deyib.

Almaniya kansleri Angela Merkel və İspaniyanın baş naziri Mariano Rajoy da bənzər bəyanatlarla çıxış edib.

Avropa Komissiyasının prezidenti Hose Manuel Barroso referendumun nəticələrini Avropa və Avropa İttifaqına sadiq Şotlandiya üçün pozitiv inkişaf adlandırıb.

NATO-nun baş katibi Anders Foq Rasmussen Britaniyanın baş naziri Devid Kamerona təbriklərini ünvanlayaraq, Böyük Britaniyanın alyansdakı aparıcı rolunu davam etdirməsini istəyib.

Şotlansiyanın müstəqliik lideri Aleks Salmoond məğlubiyyətdən sonra istefa verəcəyini bəyan edib.

Şotlansiyanın Böyük Britaniya ilə 307 illik birliyinə son qoyulmasına dair referendum 55 faiz əleyhinə, 45 faiz lehinə səslə nəticələnib.

Şotlansiyanın səsvermə hüququna malik olan 4.2 milyon seçicisinin 97 faizi səsvermə qeydiyatından keçmişdi. Səsvermədə onların 86 faizi iştirak etmişdi.

XS
SM
MD
LG