Accessibility links

"Amerikaya xətər toxundurmaq istəyən adamlara heç yerdə sığınacaq tanımayacağıq!"


ABŞ prezidenti Barak Obama deyir ki, Birləşmiş Ştatlar və onun koalisiya tərəfdaşları Suriyada İslamçı militantlara qarşı hava zərbələri endirməyə başlayıblar.

BMT yığıncağında iştirak etmək üçün Nyu Yorka yollanmazdan öncə Ağ Evdə bəyanat verən cənab Obama əl-Qaida təşkilatının təcrübəli nümayəndələrinin toplaşdığı Xorasan Qrupunun üzvlərinin hədəf alındığını bildirib. O, bu qrupun ABŞ-a qarşı hücum planlaşdırdığını deyib. “Hər kəsə aydın olmalıdır ki, Amerikaya və amerikalılara xətər toxundurmaq istəyən adamlara heç yerdə sığınacaq tanımayacağıq.”

Hava zərbələri başqa hədəfləri də əhatə edib. Bəhreyn, Qətər, Səudiyyə Ərəbistanı, İordaniya, və Birləşmiş Ərəb Əmirlikləri İslam Dövləti militantlarının təlim keçdikləri düşərgələrə, qərargahlara, maliyyə mərkəzlərinə endirilən zərbələrdə iştirak ediblər.

Prezident Obama ABŞ-ın militantlara qarşı mübarizəsində beş ərəb dövlətinin iştirak etdiyini söyləyib.

Amerika İcmalı

Amerika İcmalı - 3 Dekabr 2021
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG