İslam Dövləti militantlarının Suriya və İraq boyu irəliləyişləri beynəlxalq ictimaiyyətdə dərin narahatlıq doğurur. Çox sayda kürdlər islamçı ekstremistlərin həmlələri qarşısında yurdlarını tərk etməyə məcbur olublar. Qərb dövlətləri, o cümlədən Türkiyə və Avstraliya İŞİD-ə qarşı kollektiv mübarizəyə qərar veriblər.
Suriyada münaqişə - 3 oktyabr, 2014.
1
Suriyanın qızğın döyüşlərə səhnə olan Kobani şəhərində səmaya tüstü qalxır. 3 oktaybr, 2014.
2
İŞİD-in nəzarəti altında olan Raqqa quberniyasının Tel Abyad qəsəbəsində yerli sakin ABŞ hava zərbələri nəticəsində neftayırma zavoduna və yanacaqdoldurma məntəqəsinə dəyən ziyanı nəzərdən keçirir. 2 oktyabr, 2014.
3
Suriyanın Kobani şəhərindən Türkiyəyə keçmiş kürd qaçqınlar yağışdan qorunurlar. 2 oktyabr, 2014.
4
Suriyanın Kobani şəhərindən Türkiyəyə keçmiş qaçqın qadın nəqliyyat gözləyir. 2 oktyabr.