Accessibility links

Mark Zukerberq Ebola xəstəliyi ilə mübarizə məqsədilə 25 milyon dollar ayırıb


Facebook təsisçisi Mark Zukerberq Ebola xəstəliyi ilə mübarizə üçün 25 milyon dollar ayırdığını elan edib. Facebook səhifəsində yerləşdirdiyi məlumatda Zukerberq maliyyənin ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin Ebola xəstəliyi ilə mübarizə fonduna verildiyini bildirib.

“Biz gələcəkdə HİV, ya da polis kimi yyaılmaması və uzun müddətli səhiyyə probleminə çevrilməməsi üçün Ebolanı indi nəzarət altına almalıyıq”-deyə o, Facebook səhifəsində yazıb.

Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin Ebola Fondu bu maliyyənin xəstəliyin ən çox yayıldığı Qvineya, Liberiya və Syerra Leone, eləcə də onun təhlükə yaratdığı yerlərdə səylərə sərf ediləcəyini bildirib.

Bu arada, Dallasda Ebola xəstəliyindən ölən xəstəni müalicə edərkən virusa yoluxmuş tibb bacısına Eboladan sağalmış həkimin qanı verilib. Nina Phama Liberiyadan xəstələnib qayıtdıqdan sonra ABŞ-da müalicə edilib sağalmış həkim Kent Brantlinin qanı verilib.

Doktor Brantlinin qanının verildiyi amerikalı humanitar yardım işçisi Rik Sakra artıq sağalıb, ABŞ jurnalisti Aşoa Mukponun isə vəziyyətinin yaxşılaşdığı haqda xəbər verilib.

Dallasda xətələnən tibb bacısı ABŞ-da xəstəliyə yoluxmuş ilk şəxsdir.

Amerika İcmalı

Amerika İcmalı - 26 Noyabr 2021
please wait

No media source currently available

0:00 0:30:16 0:00
XS
SM
MD
LG