Accessibility links

Brüsseldə etiraz aksiyası


Brüsseldə yüz min işçi Belçika hökumətinin azad bazar islahatlarına etiraz olaraq aksiya keçirib.

Polislə qarşıdurma zamanı 14 adam xəsarət alıb.

Nümayişçilər polisə daş və fişənglərlə hücum edib, maşınları yandırıb. Polis onlara qarşı gözyaşadıcı qaz və təzyiqli sudan istifadə edib.

Nümayişçilər pensiya yaşının 65-dən 67-yə qaldırılması, maaşların dondurulması və ictimai xidmətlərin ixtisarına qəzəblənib.

Hökumət isə büdcə defisitinin Avropa İttifaqının tələblərinə uyğun saxlanılması üçün ixtisarlara ehtiyac olduğunu bildirir.

Həmkarlar İttifaqları tələbləri qarşılanmayaınca kampaniyalarını davam etdirəcəkləri ilə hədələyib.

Dekabr ayının 15-də ümumi tətil planlaşdırılır.

XS
SM
MD
LG