Yanvarın 19-u Amerikada Martin Lüter Kinqin xatirəsi anılır. Vətəndaş hüquqları müdafiəçisi 1955-ci ildə Alabama ştatının Montqomeri şəhərində ictimai nəqliyyata boykot hərəkatına rəhbərlik edib. Hərəkat şəhərdə qaradərililərə tətbiq edilən ayrı-seçkiliyə son qoymağa nail olub. 1950-1960-cı illərin vətəndaş hüquqlarının müdafiəsinin önündə gedən Kinq 1963-cü ildə paytaxt Vaşinqtonda “Mənim bir arzum var” adlı çıxışı ilə milyonlarla insanı ilhamlandırmışdı.
Amerikada Martin Lüter Kinq Günüdür
5
Alabamanın Selma şəhərində Martin Lüter Kinq günü qeyd edilir
6
Vaşinqton şəhərində Martin Lüter Kinqin Memorialı qarşısında mərasim
7
Vaşinqton şəhərində Martin Lüter Kinq Memorialı qarşısında mərasim - 19 yanvar, 2015