Accessibility links

İsrail baş naziri Vaşinqtona gəlib


İsrail Baş naziri Benyamin Netanyahu ABŞ Konqresinin birgə iclasında müraciətlə çıxış etmək üçün Vaşinqtonda gəlib.

İsrailin Ben Qurion hava limanını tərk edərkən baş nazir deyib ki, tarixi missiya ilə Vaşinqtona gedir və o, İranla nüvə razılığı danışıqlarının dayandırılmasına çalışacaq.

Cənab Netanyahunun qanunvericilər qarşısında çıxışı üçün İsrail baş nazirinə dəvət göndərməmişdən əvvəl administrasiya ilə məsləhətləşmədiyinə görə Ağ Ev Nümayəndələr Palatasının spikeri Con Beynerə qəzəblənib. Bəzi demokrat qanunvericilər Netanyahunun çıxışını boykot etməyi planlaşdırır.

Milli Təhlükəsizlik müşaviri Suzan Rayz cənab Netanyahunun planlarını "əlaqələrin əsası üçün destruktiv" addım adlandırıb.

Gələn ay yenidən seçilməsi üçün sesvermədə iştirak edəcək baş nazir Netanyahu deyib ki, o, İsrailin gələcəyini təminat altına almaq üçün əlindən gələn hər şeyi edəcək.

XS
SM
MD
LG