Accessibility links

Pakistanda 80 yaraqlı öldürülüb


islamabad police
islamabad police

Pakistan ordusunun verdiyi məlumata görə, Əfqanıstanla sərhəd dağlarda gedən şiddətli döyüşlər zamanı 80 islamçı yaraqlı öldürülüb. Döyüşlər nəticəsində ordu 8 nəfər itki verib.

Silahlı qarşıdurma yaraqlıların nəzarətində olan Xeybət qəbilə regionunun ucqar Tirah Vadisində baş verib.

Ordu sözçüsü General Mayor Asim Bayva Xeybər II adlanan əks-terror əməliyyatında davam irəliləyiş əldə olunduğunu bildirib. Əməliyyatın məqsədi Pakistanın Əfqanıstanla sərhəd bölgələeini təmizləməkdir.

Rəsmilər deyir ki, fəaliyyətinə qadağa qoyulmuş Pakistan Talibanının yaraqlıları dövlətə qarşı hücumlar həyata keçirir. Ordu təyyarələri də regiondakı yaraqlılarının mövqelərini hədəf alan hücumlar başladıb.

Qrupu sözçüsü hökumət qüvvələrindən ölənlərin sayının qat-qat çox olduğunu bildirib.

XS
SM
MD
LG