Accessibility links

Əkbər Əbulzadə: Traxtor çempion olsaydı, İranda yaşayan türklər özünə-inam qazanardı [Audio]


Əkbər Əbulzadə
Əkbər Əbulzadə

“Traxtor qəhrəman olsaydı, İranın başa başında yaşayan türklər özünə inam qazanardı,” deyə Əkbər Əbulzadə çempionluğun planlı şəkildə Traktorsazi komandasından alındığını hesab edir. Mayın 15-də qalmaqallı Traktorsazi-Neft matçını Təbriz stadionunda izləmiş güneyli fəal Amerikanın Səsi ilə söhbətdə stadionda müşahidə etdiklərini anlatmaqla yanaşı, matçdan əvvəlki həftələrdə baş vermiş şübhəli hadisələri şərh edib.

Əkbər Əbulzadə Təbriz stadionunda baş verənlər haqda danışır
please wait

No media source currently available

0:00 0:18:40 0:00

Əkbər Əbulzadə stadionda yalan məlumatın yayılmasından sonra baş verənləri belə şərh edir:

“Biz stadionda olanlar oyunun son 10 dəqiqəsində gördük ki, baş məşqçi fərqli taktikalar tətbiq etməyə başladı. Hücumu dayandırıb, müdafiəyə çəkildi. Edinho kimi hücumçu oyunçunu çıxarıb, müdafiəçi oyunçu gətirdi... Stadionda azarkeşlərdən mərasimə hazır olmaları istənildi... Sonra [Traktorsazinin çempion olduğnu zənn edərək] şadlıq edənlər oldu. Biz də Traxtorun çempion olduğunu zənn etdik.”

Bunları görəndə, biz şübhələndik, çalışdıq internetdən ya telefon açaraq Sepahan-Saypa oyununun nəticəsini öyrənək. Amma internet kəsilmişdi, mobil də xət vermirdi.
Əkbər Əbulzadə
Baş məşqçi Antonio Oliveyra ilk başda Traktorsazinin çempion olduğunu zənn edirmiş
Baş məşqçi Antonio Oliveyra ilk başda Traktorsazinin çempion olduğunu zənn edirmiş

Traktorsazi tərəfdarı matç günü Təbriz stadionunda internet və telefon əlaqələrinin kəsilməsi ilə bağlı xəbərləri təsdiq edir:

“Bunları görəndə, biz şübhələndik, çalışdıq internetdən, ya telefon açaraq Sepahan-Saypa oyununun nəticəsini öyrənək. Amma internet kəsilmişdi, mobil də xətt vermirdi.”

Traktorsazi-Neft oyunu ilə eyni zamanda keçirilən Sepahan-Saypa matçı 2-0 hesabı ilə Sepahanın xeyrinə başa çatmışdı. Ancaq “Traktorsazi”yə matçın bərabər sonlandığı söyləndiyi üçün baş məşqçi Toni Oliveyra Traktorun çempion olduğunu zənn edərək artıq hücumu dayandırmışdı.

Amma Əkbər Əbulzadə stadionda baş verən şübhəli olayların sadəcə yalan məlumat buraxılmasından ibarət olmadığını deyir.

Onun sözlərinə görə, son 20 dəqiqədən etibarən şübhəli bir çox olay baş verib. Hakim Traxtorun xeyrinə aşkar bir penaltını görməzdən gəlib, komandanın bir oyunçusunu şübhəli bir şəkildə oyundan çıxarıb. Bunlardan əlavə, keçən həftələrdə də Traxtorun zərərinə olan şübhəli hakim rəyləri müşahidə olunub.

Bu olayı anlamaq üçün biz öncə Traxtorun toplumdakı mövqeyini müəyyən etməliyik. Traxtorun oyunları Azərbaycanda baş verən bir çox hadisənin gündəmə gəlməsi üçün şərait yaradır.
Əkbər Əbulzadə

İran xəbər agenliklərinə istinadən, hökümət məsulları o cümlədən, prezident Həsən Ruhani olayların araşdırılmasını tələb edib. Ancaq Əbulzadə əvvəllər baş verən oxşar hadisələrə işarə edərək, belə araşdırmaların ümumiyyətlə nəticəsiz qaldığını önə çəkir.

“Keçmişdə olan təcrübələrə dayanaraq sistemin belə araşdırmalarına etibar yoxdur. Necə ki, neçə ay öncə, Urmiyə voleybol komandasına qarşı hadisələrlə bağlı da araşdırmalardan söz edildi. Amma nəticəyə çatılmadı,” deyə o qeyd edir.

Stadiondakı hadisələrin planlı bir şəkildə həyata keçirildiyini vurğulayan güneyli fəal Traktorsazi komandasına qarşı planları İran hakimiyyətinin anti-Azərbaycan siyasətlərinin bir hissəsi kimi dəyərləndirir.

“Bu olayı anlamaq üçün biz öncə Traxtorun toplumdakı mövqeyini müəyyən etməliyik. Traxtorun oyunları Azərbaycanda baş verən bir çox hadisənin gündəmə gəlməsi üçün şərait yaradır,” deyə Əbulzadə stadionlarda Urmiyə Gölünün quruması və Qaradağ zəlzələsi kimi olayların gündəmə gəlməsinə işarə edir.

Həsən Ruhani Azərbaycana gələndə Urmiyə gölü və ana dilində təhsillə bağlı vədlər verdi. Türk Dil Qurumu təsis edəcəyini demişdi. Amma bunların heç birinə əməl edilmədi ki heç bunları tələb edənlərin həbsi davam etdi.
Əkbər Əbulzadə

O həmçinin həmin hadisələrdən sonra başladılan “yalan və ayrı-seçkiliyə qırmızı kart” kampaniyası haqqında Amerikanın Səsinə məlumat verərək fəalların etiraz etdiyi “yalan vədlərə” də işarə edir:

“Həsən Ruhani Azərbaycana gələndə Urmiyə gölü və ana dilində təhsillə bağlı vədlər verdi. Türk Dil Qurumu təsis edəcəyini demişdi. Amma bunların heç birinə əməl edilmədi ki, heç, bunları tələb edənlərin həbsi davam etdi.”

“Traxtor qəhrəman olsaydı, nə olardı? Biz bunu desək əsas suala da cavab verə bilərik. Traxtor qəhrəman olsa İranda yaşayan türklər özünə inam qazanar... Bu 100 illik təhqir planlarının qırılması olar. Sistem bunu istəmir,” deyə o əlavə edir.

XS
SM
MD
LG