Sərxoş vəziyyətdə maşını idarə edərkən faciəvi qəza törətmiş amerikalı yeniyetmənin anası ABŞ-a deportasiya edilib.
ABŞ hüquq-mühafizə əməkdaşlarının müşayiəti ilə Tonya Kouç qolları qandallanmış şəkildə Amerikaya qaytarılıb. Ana qanuni həbsə maneə törətməkdə ittiham edilir.
Etan Kauçun vəkilləri vəsatət qaldırdıqdan sonra onun ABŞ-a ekstradisiyası bir neçə həftə çəkə bilər.
Ana və oğul bazar ertəsi Meksikanın Puerto Vallarta sahil şəhərində saxlanılıblar.
16 yaşlı Etanın 2 il əvvəl səbəb olduğu qəza nəticəsində dörd adam dünyasını dəyişmişdi.
Günahını etiraf edən Etan 10 il müddətinə şərti cəzaya məhkum edilib.