Accessibility links

"Azərbaycanın feodal elitasını dardan qurtarmaq Qərb vətəndaşlarına qalmayıb"


Prezident İlham Əliyev müşavirə keçirir
Prezident İlham Əliyev müşavirə keçirir

“Qərb vətəndaşları hiddətlənməlidirlər ki, onlardan feodal elitanın problemlərini həll etmək gözlənilir. Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Layihəsi (OCCRP) bütün təfsilatı ilə Azərbaycandakı rejimin korrupsiyasını ifşa edib,” deyə təşkilatın nümayəndələri Tom King və Marina Browder Financial Times-a ünvanladıqları məktubda yazırlar.

Azərbaycan orta əsrlərin feodal qaydalarına uyğun idarə edilir – Əliyev/Paşayevlər ailəsi iqtidarın bəxş etdiyi rıçaqlardan istifadə edərək sahibkarlığa süni baryerlər yaradır və yalnız özlərinə ən yaxın adamlara ölkədə biznes etməyə imkan verirlər.

Məktub Financial Times qəzetinin Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankının Azərbaycan hökumətinə kredit verilməsinə dair rəsmi Bakı ilə danışıqlara başladığına dair məqaləsinə cavab olaraq yazılıb. Son məlumatlara görə BVF-in nümayəndə heyəti hazırda Azərbaycanda "fakt-araşdırma" missiyası yerinə yetirir.

Məktub müəllifləri müzakirənin hansı “faktlar” üzərində cərəyan etdiyini sual edərək, Azərbaycanda hakim ailənin və onun əlaltılarının ölkəni iqtisadi monopoliya altında saxladıqlarını vurğulayır.

“Azərbaycan orta əsrlərin feodal qaydalarına uyğun idarə edilir – Əliyev/Paşayevlər ailəsi iqtidarın bəxş etdiyi rıçaqlardan istifadə edərək sahibkarlığa süni baryerlər yaradır və yalnız özlərinə ən yaxın adamlara ölkədə biznes etməyə imkan verirlər.”

Manatın dəyərdən düşməsi ölkə boyu etiraz aksiyalarına yol açıb.
Manatın dəyərdən düşməsi ölkə boyu etiraz aksiyalarına yol açıb.

King və Browder neft qiymətlərinin düşməsi ilə Əliyev hökumətinin özü üçün yaratdığı komfortun pozulduğunu qeyd edir. Azərbaycanda yüzə yaxın jurnalist və siyasi fəalın, o cümlədən hakim ailənin korrupsiyasını ifşa etmiş jurnalist Xədicə İsmayılın həbsə atıldığını bildirən məktub müəllifləri rejimin öz xalqına düşmən münasibət sərgilədiyini bildirir.

“2012-ci ildən bəri Azərbaycanda korporativ sahibkarlıq haqda informasiya məxfidir. Bu, o deməkdir ki, bu hökumətlə tranzaksiyalardan kimin faydalandığını bilmək mümkün deyil.”

2012-ci ildən bəri Azərbaycanda korporativ sahibkarlıq informasiyası məxfidir. Bu, o deməkdir ki, bu hökumətlə tranzaksiyalardan kimin faydalandığını bilmək mümkün deyil.

Məktub müəllifləri Azərbaycan maliyyə nazirinin yardımın “təcili” xarakter daşımadığına dair bəyanatına istinad edərək Əliyev hökumətinin kreditlərin tələb etdiyi islahat şərtlərinə onsuz da meyl göstərmədiyini vurğulayırlar. Belə ki, hər hansı bir islahat hakim ailənin ölkədəki iqtisadi hökmranlığını zəiflədə bilər. Azərbaycan vətəndaşlarının iqtisadi rifahını təmin etmək Qərb vətəndaşlarının yox, prezident İlham Əliyevin vəzifəsidir, deyə məktub müəllifləri aydın edir.

Azərbaycan ixracının 95 faizinin neft və qaz məhsullarna əsaslandığını yazan Financial Times manatın devalvasiyasından sonra İlham Əliyev hökumətinin ictimai etiraz dalğası ilə üzləşdiyini və böhranın yüngüllləşdirilməsi üçün Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun Azərbaycana 4 milyard dollar həcmində fövqəladə yardım paketinin verilməsini nəzərdən keçidiklərini yazıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG