Accessibility links

Əsədin bombardmanı fonunda Suriyada atəşkəs bitmək üzrədir


Rusiya və hökumət təyyarələrinin bombardmanı fonunda Suiyanın şimali Hələb şəhərində Qərb təmayüllü üsyançılar, kürd dəstələri və Azad Suriya Ordusu döyüşçüləri ilə Prezident Bəşar əl-Əsədə sadiq qüvvələr arasında toşşumalar şiddətlənib.

Döyüşlər qızışdıqca BMT-nin Suriya üzrə elçisi ABŞ və Rusiyaya müraciət edərək “ən ali səviyyədə” onları atəşkəsin bərpa olunması üçün səyləri gücləndirməyə çağırıb.

Bizi Hələbdə Əl-Qüds hospitalının bombalanması hiddətləndirir. Bu hücum nəticəsində onlarla adam, o cümlədən uşaqlar, xəstələr və tibbi heyət həyatlarını itirib.
Con Kerri, ABŞ Dövlət Katibi

Üsyan liderləri fevralda əldə edilmiş atəşkəsin praktiki aradan qalxdığını deyirlər.

Dünən Suriya və Rusiya hava qüvvələrinə məxsus təyyarələr "Sərhədsiz Həkimlərin" dəstəklədiyi Hələb hospitalını bombalamadıqdan sonra vəziyyət daha da gərginləşib.

Çərşənbə günü axşam çağı baş verən hücum nəticəsində 14 mülki vətəndaş və 3 həkim həlak olub. Bunların sırasında Hələb şəhərində qalmış sonuncu pediatr da olub.

Hospitalın bombalanması beynəlxalq ictimaiyyət tərəfindən sərt tənqidlərlə qarşılanıb.

BMT-nin Suriya üzrə elçisi Staffan de Mistura
BMT-nin Suriya üzrə elçisi Staffan de Mistura

Ağ Evin sözçüsü Coş Ernest hava zərbələrini kəskin pisləyərək onları “murdar” və “mənəviyyatsız” əməl kimi dəyərləndirib.

“Bizi Hələbdə Əl-Qüds hospitalının bombalanması hiddətləndirir. Bu hücum nəticəsində onlarla adam, o cümlədən uşaqlar, xəstələr və tibbi heyət üzvləri həyatlarını itirib,” ABŞ Dövlət Katibi Con Kerri bildirib.

ABŞ-ın atəşkəsi bərpa etmək üçün konkret hansı addımlar atmaq iqtidarında olduğu aydın deyil.

Cenevrədə keçirdiyi mətbuat konfransında BMT elçisi Staffan de Mistura Vaşinqton və Moskvanı nazirlər səviyyəsində sülhə vasitəçilik etməyə çağırıb.

XS
SM
MD
LG