Accessibility links

Türkiyədə 6000 adam həbs olundu


Polislər təslim olmuş hərbçilərdən ələ keçirdikləri zirehli maşının üzərində dayanıblar. Bosfor Körpüsü, İstanbul. 16 iyul, 2016.
Polislər təslim olmuş hərbçilərdən ələ keçirdikləri zirehli maşının üzərində dayanıblar. Bosfor Körpüsü, İstanbul. 16 iyul, 2016.

Türkiyə rəsmiləri çevriliş cəhdi ilə bağlı hakim və hərbçiləri tutmaqda davam edirlər.

Ədliyyə Naziri Bəkir Bozdağ indiyədək 6000 adamın həbs olunduğu və rəqəmin artacağını bəyan edib.

Qiyam cəhdi zamanı nə qədər insanın öldüyü barədə qarışıq xəbərlər gəlir, amma son rəqəmlərə əsasən ölənlərin sayı 265-dir.

Tutulanlar arasında Üçüncü Ordu Korpusunun komandanı Erdal Öztürk var. O, “vətənə xəyanət” maddəsi ilə üzləşir.

Bir sıra başqa yüksək rütbəli zabitlər helikopterdə Yunanıstana uçaraq burada siyasi sığınacaq istəyiblər. Türk mediası həmin adamların çevriliş cəhdinin müəllifləri olduqlarını yazır.

Minlərlə türk Ankarann Kızılat, İstanbul və İzmirin mərkəzi meydanlarına toplaşaraq prezident Rəcəb Tayyib Ərdoğana dəstəklərini ifadə ediblər.

İzdihamlar gecəyarısınadək bayraqlar yelləyərək, ölkənin parçalanmasına yol verməyəcəklərini hayqırıblar.

Tutulanlar arasında Üçüncü Ordu Korpusunun komandanı Erdal Öztürk var.
Tutulanlar arasında Üçüncü Ordu Korpusunun komandanı Erdal Öztürk var.

Qiyam cəhdi zamanı nə qədər insanın öldüyü barədə qarışıq xəbərlər gəlir, amma son rəqəmlərə əsasən ölənlərin sayı 265-dir.

Ankara və İstanbulda vəziyyət gərgin olaraq qalır. Mərkəzi və vilayət şəhərlərində ara-sıra toqquşmaların baş verməsi haqda xəbərlər gəlir.

Türkiyə mediası Ankara civarındakı iri hərbi kazarmada intensiv toqquşmanın baş verdiyi haqda xəbər yayıb. Qiyam rəhbərlərinin burada istehkamlandıqları güman edilir.

Minlərlə türk Ankarann Kızılat, İstanbul və İzmirin mərkəzi meydanlarına toplaşaraq prezident Rəcəb Tayyib Ərdoğana dəstəklərini ifadə ediblər.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ hökumətini Pennsilvaniya ştatında yaşayan müsəlman ruhanini təhvil verməyə çağırıb.

Televiziyada yayımlanan çıxışda Ərdoğan deyib ki, Türkiyə heç vaxt ABŞ-ın təhvil xahişini yerə salmayıb. O, Ankara ilə Vaşinqton arasında “strateji tərəfdaşlıq” arqumentini əsas gətirərək Saylorsburg qəsəbəsində yaşayan Fətullah Gülənin onun hökumətinə təhvil verilməsini tələb edib.

XS
SM
MD
LG