Accessibility links

Yaşar Əsədi: Fəallar illərlə stres altında məhkəmə qərarını gözləyirlər [Audio-Müsahibə]


Yaşar Əsədi
Yaşar Əsədi

İran Azərbaycanında göstərdikləri fəaliyyətlər üzündən nəzarət altına alınan türk fəallar zəmanət qarşılığında sərbəst buraxıldıqdan sonra bəzən məhkəmə qəti qərarı üçün bir neçə il gözləməli olurlar. Amerikanın Səsinə danışan güneyli fəal Yaşar Əsədinin söylədiklərinə görə, məhkəmə qurumu beləliklə fəalları stress və psixoloji basqı altında saxlayaraq fəaliyyətlərinə mane olmağı hədəfləyir.

Yaşar Əsədi fəalların təqibləri haqda danışır
please wait

No media source currently available

0:00 0:15:17 0:00

ABŞ-da mühacirətdə yaşayan Günaz TV-nin əməkdaşı Amerikanın Səsi ilə söhbətdə son həftələrdə İran Azərbaycanında həbs və mühakiməyə məruz qalan fəallar, eləcə də aclıq aksiyası keçirən və uzun müddət həbsdən sonra şərtli azadlığa buraxılan məhbuslar haqqında məlumat verib.

Bu fəallar keçən il Qüds günündə Uyğur Türklərinə dəstək olaraq Çin Dövlətinə qarşı bəyanat verib, çağrış etmişdilər. Bu il bunu təkrar etməsinlər deyə öncədən Ettelaata çağrıldılar.

Yaşar Əsədi Şərqi Azərbaycan vilayətinin Əhər şəhərində fəalların təhlükəsilik qurumu tərəfindən və “qanun pozuntusuna yol verilməsini önləmək” hədəfi ilə nəzarət altına alınmasını şərh edib.

“Ettelaatın İbrahim Nuri və Əkbər Cahangiriyə qarşı irəli sürdüyü ittiham bu idi ki, sizi rejimə qarşı təbliğat aparıb və əhalini qanunsuz aksiyaya çağırdınız üçün Ettelaata çağırmışdıq. Bu fəallar keçən il Qüds günündə Uyğur Türklərinə dəstək olaraq Çin Dövlətinə qarşı bəyanat verib, çağırış etmişdilər. Bu il bunu təkrar etməsinlər deyə öncədən Ettelaata çağrıldılar.”

Milli fəal 2013-cü lilin fevral ayında keçirilən bir futbol matçı zamanı nəzarət altına alınan 7 Traktorsazi komandası azarkeşinə qarşı keçən günlərdə Təbriz İnqilab Məhkəməsi tərəfindən 7 aylıq həbs cəzası çıxarıldığına işarə edərək türk fəalların bəzən illərlə stress altında məhkəmə prosesinin bitməsini gözlədiklərini önə çəkir.

2015-ci ilin fevralında Amerikanın Səsinə müsahibə verən Siyamək Mirzayi həbs olunub. Hazırda Evin zindanındadır.
2015-ci ilin fevralında Amerikanın Səsinə müsahibə verən Siyamək Mirzayi həbs olunub. Hazırda Evin zindanındadır.

Onun sözlərinə görə, “bunlar fəalları bir neçə il qeyri-müəyyənlikdə saxlayaraq bir neçə hədəfi izləyirlər; biri bu ki, fəalların stress və psixoloji basqı altında yaşamasını istəyirlər. Ailə də basqı altında olur. Məhkəmələrin bir siyasəti də budur ki, fəalların həm də fəaliyyətinin qarşısı alınsın.”

Son həftələrdə nəzarət altına alınan, müxtəlif məhkəmələrdən cəza alan digər fəallar, aclıq aksiyası keçirən məhbuslar və şərtli olaraq sərbəst buraxılanlar haqqında da məlumat verən Yaşar Əsədi o cümlədən, 2015-ci ilin fevral ayında Amerikanın Səsinə müsahibə verən Siyamək Mirzayinin bu yaxınlarda Muğan bölgəsində nəzarət altına alınaraq daha sonra Tehranın Evin həbsxanasına köçürüldüyünü bildirib.

XS
SM
MD
LG