Accessibility links

Artum Dinc: "Tarhe No" qəzetində irqçilik, cinsiyyətçilik və zorakılıq təbliğ edilib [Audio-Müsahibə]


Artum Dinc İran Azərbaycanı və ölkənin digər bölgələrində türklərin etiraz aksiyalarına səbəb olan Tarhe No qəzetində dərc edilən yazının sadəcə “ədəbsizlik” olaraq təqdim edilməsinin yanlış olduğunu vurğulayır. Amerikanın Səsinə danışan təbrizli sosioloq həmin yazını irqçi, anti-qadın və işçi sinfinə xor baxan bir dünyagörüşünün məhsulu kimi dəyərləndirib.

Artum Dinc aksiyaları şərh edir
please wait

No media source currently available

0:00 0:13:52 0:00

Təbrizdə nəşr edilən Tarhe No qəzetinin iyulun 20-si sayında əfsanəvi qəhrəmanlar Rüstəm və Əfrasiyabın qarşıdurmasından bəhs edən bir hekayədə “sən ey pis soylu türk, sən kişilərlə döyüşmək üçün yaradılmayıbsan. Get və qadınlar kimi pambıq əyirmək işi ilə məşğul ol!” ifadələrinə yer verilib.

Tarhe No qəzeti
Tarhe No qəzeti

Artum Dincin sözlərinə görə, “bu ifadələri sadəcə ədəbsizlik kimi təqdim etmək əslində bilərək, ya da bilməyərək məsələnin düzgün təqdim edilməsini önləyən və müxtəlif cəhətlərini ört-basdır və təhrif edən bir cəhd olaraq görülə bilər. Çünki bu akt ədəb qaydalarına uyğun davranmamaq mövzusunu aşmaqdadır.”

O bu ifadələrin ortaya çıxmasına yol verən dünya görüşünü “türkləri düşmən elan edən”, “qadınlar və əməkçiləri aşağılayan”, “zorakılığa təşviq edən”, “nifrət söyləmi yayan” və “öldürməyi çalışmaqdan daha üstün görən” bir dünyagörüşü olduğunu önə çəkir:

Bu ifadələri sadəcə ədəbsizlik kimi təqdim etmək əslində bilərək ya da bilməyərək məsələnin doğru təqdim edilməsini önləyən və müxtəlif cəhətlərini ört-bas və təhrif edən bir cəhd olaraq görülə bilər. Çünki bu akt ədəb qaydalarına uyğun davranmamaq mövzusunu aşmaqdadır.

“Qəzetdəki yazı türkləri düşmən hesab etdiyi, qadınlar və əməkçiləri aşağılayıb xor gördüyü; ədalətsizliyi bəslədiyi; müzakirə və xoşgörüşə açıq olmadığı; qanunsuz aksiyalara və potensial zorakılığa yol aça biləcəyi; qanun pozuntusuna təşviq etdiyi; türklərə, qadınlara və əməkçilərə qarşı boyun əydirmə, səssizləşdirmə, təsirsizləşdirmə və ötəkiləşdirmə (othering) kimi əzici basqılara yol aça biləcəyi üçün nifrət söyləmi tərifinə də daxil edilə bilər,” deyə Dinc söyləyir.

Bu ifadələri sadəcə ədəbsizlik kimi təqdim etmək əslində bilərək ya da bilməyərək məsələnin doğru təqdim edilməsini önləyən və müxtəlif cəhətlərini ört-basdır və təhrif edən bir cəhd olaraq görülə bilər. Çünki bu akt ədəb qaydalarına uyğun davranmamaq mövzusunu aşmaqdadır.
Urmiyə Tarhe No qəzetinə etiraz aksiyası
Urmiyə Tarhe No qəzetinə etiraz aksiyası

Türkiyədə yaşayan sosioloq Tarhe No qəzetində türklər və qadınların təhqir edilməsini kimlik məsələsini diqqətə alaraq eləcə də, hüquqi, əxlaqi və təhlükəsizlik baxımından təhlil edib.

Tarhe No qəzetində hekayənin dərc edildiyi “Bizim İran” sütunu təsvirinin sosial mediada nəşr edilməsi ardından iyulun 26-da İran Azərbaycanının ən böyük iki şəhəri Təbriz və Urmiyədə baş qaldıran etiraz dalğaları Ərdəbil, Xoy, Zəncan, Marağa, Tehran və Şiraz kimi şəhərlərə qədər uzandı.

Hüquq müdafiəçiləri etirazçıların sərt polis müdaxiləsi ilə qarşılaşdığını və onlarla aksiya iştirakçının həbs olunduğunu bildiriblər.

XS
SM
MD
LG