Accessibility links

Əli Kərimli: Elnur Seyidovun həyatına görə İlham Əliyev məsuliyyət daşıyır


Əli Kərimli, Xalq Cəbhəsinin sədri
Əli Kərimli, Xalq Cəbhəsinin sədri

“Bir neçə dəqiqə bundan qabaq Ədliyyə Nazirliyinin mətbuat katibi Mehman Sadıqov “Azadlıq” qəzeti ilə əlaqə saxlayaraq bildirib ki, Elnurun saxlanıldığı 13 nömrəli cəzaçəkmə müəssisəsinin rəhbərliyi ilə nazirlik əlaqə yaradıb və Elnurun həyatına təhlükə olmadığını bildiriblər.”

Qayını Elnur Seyidovun həyatına təhlükə yaranması barədə üzə çıxan məlumatların ardınca AXCP sədri Əli Kərimli Amerikanın Səsinə açıqlama verib.

Artıq beşinci ildir ki, yalnız mənim qayınım olduğu üçün şərlənərək həbs olunub.

Onun sözlərinə görə Seyidova hələ də öz vəkili ilə görüşməyə, yaxud ailəsi ilə telefon əlaqəsi yaratmağa imkan verilməyib. “Ona görə də biz bu məlumatın nə qədər doğru olduğunu hələlik bilmirik,” cənab Kərimli əlavə edib.

Bir az öncə "Azadlıq" qəzeti Elnur Seyidovun yaxınlarına istinad edərək AXCP sədrinin qaynının “ölüm təhlükəsilə üz-üzə” olduğunu xəbər vermişdi.

Yaxınlarının sözlərinə görə, Elnur Seyidovu ölümlə hədələyiblər. Ona açıq şəkildə bildirilib ki, həyatına qəsd ediləcək. Bu hədənin səbəbi isə bəlli deyil.

“Elnur Seyidovun həyatına görə İlham Əliyev şəxsən məsuliyyət daşıyır və bu qətli durdurmalıdır!” deyə Əli Kərimli Facebook səhifəsində bəyanat yayıb.

Texnikabankın rəhbər işçilərinin həbs olunmasında reket fəaliyyətlərində adı hallanan və sonradan ləğv edilmiş MTN əsas rol oynayıb.
Texnikabankın rəhbər işçilərinin həbs olunmasında reket fəaliyyətlərində adı hallanan və sonradan ləğv edilmiş MTN əsas rol oynayıb.

Amerikanın Səsinə şərhində cənab Kərimli Elnur Seyidovun ölümlə hədələnməsini, və ümumiyyətlə onun həbsini AXCP sədri ilə qohumluğu ilə əlaqələndirib.

Elnur Seyidov 2012-ci ilin martında “Texnikabank” işinə görə həbs edilib. Elnur Seyidova qarşı ittihamlar sübuta yetirilməsə də, o, 7 il 6 ay azadlıqdan məhrum edilib.

Elnur Seyidovun səhhətində ciddi problemlər var. O, təhlükəli xəstəliklər kateqoriyasına aid edilən dağınıq sklerozdan əziyyət çəkir.

Seyidov istisna olmaqla “Texnikabank” işinə görə həbs olunanların əksəriyyəti sonradan azadlığa buraxılıblar. Hətta iş materiallarında “mütəşəkkil cinayətkar dəstənin başçısı” kimi təqdim edilən bankın rəhbəri Etibar Əliyev hazırda azadlıqdadır.

XS
SM
MD
LG