Accessibility links

Rövşən Lənkəranski dəfn olundu [Video]


Rövşən Lənkəranski dəfn olundu
please wait

No media source currently available

0:00 0:01:11 0:00

Avqustun 19-u səhər saatlarında Lənkəranın kiçik bazar məscidinin önündə yüzlərlə adam toplaşmışdı...

Türkiyədə öldürülən, əslən Lənkərandan olan Rövşən Lənkəranskinin (Canıyev) nəşi məscidə qoyulmuşdu.

“Rusiya azərbaycanlılarının dayağı”

Jurnalistlərə məscidin içində çəkiliş aparmağa icazə verilmədi. Vaxt keçdikcə məscidin ətrafında toplaşanların sayı artırdı. Yaşlı bir sakin deyirdi ki, Rövşən Lənkəranski Rusiyada işləyən Azərbaycanlıların dayağı olub. Ona müraciət edənlərə həmişə əl tutub, köməyini əsirgəməyib.

“Rusiyada mal-mülk sahibi olanlar ona minnətdar olmalıdır ”-deyə yaşlı insan bildirib.

“Allahu Əkbər”sədası...

Yas mərasiminə toplaşanların çoxu gənclər idi.Məscidin axundu arabir toplaşanlara sakit olmağı və ucadan qışqırmamağı məsləhət görürdü. Gənclər isə, tez-tez “Allahu Əkbər” deyə bir ağızdan səslənirdilər.

Avtoritet çevrə...

Rasim Lənkəranskini son mənzilə yola salanlar arasında onun avtoritet çevrəsindən olan bir çox insanlar da var idi. Onların bəzilərinin ölkə hüdudlarından gəldiyi görünürdü.

Onun son mənzilə yola salınması heç də izdihamın çoxluğundan asan olmadı.

Polis maşınları tabutun keçəcəyi yolları təmizləməyə çalışırdı. “Kiçik bazar” qəbiristanlığın önündə də izdiham var idi. Rövşən Lənkəranski atasının basdırıldığı “Kiçik bazar” qəbiristanlığında torpağa tapşırıldı.

Rövşən Lənkəranskinin (Canıyev) avqustun 18-də İstanbulun “Florence Nightingale” xəstəxanasında vəfat edib.

Verilən məlumatlara görə, avqustun 17-də gecə saatlarında killerlər Rövşən Canıyev və daha iki nəfərin olduğu “Range Rover”i atəşə tutublar. Killerlərin atəş açmasından dərhal sonra avtomobildən onlara cavab atəşi açılıb. “Range Rover”in sürücüsü və Rövşən Canıyev çoxsaylı güllə yaraları alıb.

Aldığı yaralardan sürücü yerində keçinib, Rövşən Canıyev isə başından aldığı güllə yarasından xəstəxanada ölüb. Polisdəki mənbələrin bildirdiyinə görə, Canıyevə 5 güllə dəyib. Güllələrdən biri onun gözündən dəyib və beynini dağıdaraq başının arxa tərəfindən çıxıb.

Mərhum Rövşən Lənkəranski kriminal avtoritet sayılırdı.

XS
SM
MD
LG