Accessibility links

ABŞ səfiri REAL-ın icra katibi ilə görüşüb


Robert Sekuta
Robert Sekuta

Sentyabrın 28-də ABŞ-ın Azərbaycandakı səfirliyində səfir Robert Sekuta, səfirinin siyasi işlər üzrə müşaviri Susan Chesly və REAL-ın icra katibi Natiq Cəfərli arasında görüş olub.

Natiq Cəfərli Facebook səhifəsində yazıb ki, görüşdə ölkədəki ictimai-siyasi vəziyyət, İlqar Məmmədovun (REAL-ın lideri) qanunsuz həbsdə saxlanılması, Konstitusiyaya dəyişikliklərlə bağlı keçirilən referendumun nəticələri və bunun ölkənin gələcək inkişafına təsiri müzakirə edilib.

N. Cəfərli bu il avqustun 12-də Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə çağırılıb. Daha sonra Nəsimi Rayon Məhkəməsi onun barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçib.

N. Cəfərliyə Cinayət Məcəlləsinin 192.1 (qanunsuz sahibkarlıq), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham irəli sürülüb.

REAL hərəkatı həbsi siyasi sifariş sayıb. REAL hərəkatı N.Cəfərlinin mənimsəmələrə yol vermədiyini, iddiaların cəfəngiyyat olduğunu bildirir.

Natiq Cəfərli sentyabrın 9-da azadlığa buraxılıb. Buna baxmayaraq cinayət işinin ibtidai istintaqı hələ də davam etdirilir. Onun Bakı şəhərini tərk etməsinə qadağa qoyulub, mənzilindən götürülmüş həyat yoldaşının ziynət əşyaları geri qaytarılmayib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG