ABŞ seçkilərinin son günlərində əsas gündəm namizədlərin şəxsi keyfiyyətləridir
Noyabrın 8-də amerikalılar yeni prezident seçəcək. İqtisadiyyat və xarici siyasət kimi məsələlər mühüm olsa da, rəy sorğularının nəticələri göstərir ki, seçicilər qərarlarını iki əsas namizəd, demokrat Hillari Klinton və respublikaçı Donald Trampın şəxsi keyfiyyətlərinə görə verəcəklər.