Accessibility links

Fərdin Muradpur: Qardaşımı döyüblər, hansı zindanda saxlanıldığını bilmirik [Audio-Müsahibə]


Fərdin Muradpur məhbus qardaşı Murtaza ilə birlikdə
Fərdin Muradpur məhbus qardaşı Murtaza ilə birlikdə

Təbrizdən Amerikanın Səsinə danışan türk fəal Fərdin Muradpur iki həftədir aclıq aksiyası keçirən məhbus qardaşı Murtaza Muradpurun digər siyasi məhbus Rəsul Rəzəvi ilə bərabər Təbriz zindanından Kərəc şəhərinə köçürüldüyünü, ancaq hazırda tam olaraq hansı zindanda saxlanıldığına dair ailəyə məlumat verilmədiyini bildirib. Məhkum olduğu 3 il həbs müddətinin 2 ilini bitirmiş Murtaza Muradpur, qardaşının söylədiyini görə, aclıq aksiyası keçirdiyi zaman zindan nəzarətçiləri tərəfindən döyülməsi səbəbi ilə yarım saatlıq huşunu itirib.

Fərdin Muradpur qardaşının durumu haqda danışır
please wait

No media source currently available

0:00 0:20:04 0:00

Fərdin Muradpur özü 2010-2013 illərində Təbriz zindanında üç il həbsdə olub. O, həmin təcrübəyə əsasən Təbriz zindanının ümumi durumu və məhbusların üzləşdiyi çətinliklər haqqında da məlumat verib.

Murtaza 3 il həbs müddətindən iki ilini keçirib. O indi İran cəza qanunlarının 34-cü maddəsinin tətbiq edilmədiyinə etiraz olaraq aclıq aksiyası keçirir. Bu maddəyə görə, qardaşımın bir il həbs müddəti azalıb və 2 ilə düşməli idi.
Fərdin Muradpur

Muradpur qardaşının son durumu və aclıq aksiyasının səbəbini belə izah edir:

“Murtaza 3 il həbs müddətindən iki ilini keçirib. O indi İran cəza qanunlarının 34-cü maddəsinin tətbiq edilmədiyinə etiraz olaraq aclıq aksiyası keçirir. Bu maddəyə görə, qardaşımın bir il həbs müddəti azalıb və 2 ilə düşməli idi... Keçən günlərdə zindan nəzarətçiləri fəal Hüseyn Əli Məhəmmədi və qardaşımı ağır şəkildə döyüblər... Daha sonra noyabrın 3-də Murtaza və 35 gündür aclıqda olan fəal Rəsul Rəzəvinin Kərəc şəhərinə apardıqlarını dedilər. Amma, Kərəcdə 3 zindan var və biz indi onların harada saxlanıldığını bilmirik...”

Onun dediklərinə görə, “keçən həftə Təbriz zindanında saxlanılan Polşa vətəndaşı bir məhbusu əziyyət edirmişlər və buna etiraz edən Hüseyn Əli Məhəmmədi də faciəvi şəkildə döyülüb. Murtaza da bu duruma etiraz edib. Onu da tökülüb döyüblər... Hüseyn Əli Məhəmmədinin qulağı yaralanıb, Murtaza isə dostlarının dediyinə görə yarım saatlıq huşunu itirmiş.”

Hüseyn Əli Məhəmmədi, Murtaza Muradpur və Rəsul Rəzəvi
Hüseyn Əli Məhəmmədi, Murtaza Muradpur və Rəsul Rəzəvi


Muradpur hazırda qardaşının Rəsul Rəzəvi ilə bərabər Ettelaat qurumuna köçürüldüklərini də ehtimal edir.

Təbrizli fəal həmçinin qardaşı və ümumiyyətlə İran zindanlarında həbsdə olan türk fəalların aclıq aksiyası keçirmələrinin səbəbləri və

Bir məhbus o zaman aclığa başlayır ki bütün yolları gedib, artıq ümidi kəsilib və öz haqqını müdafiə etmək üçün canını ortaya qoymaqdan başqa çarə tapa bilmir.
Fərdin Muradpur

ortaya qoyduqları tələblərin mahiyyəti haqqında danışıb. O, aclıq aksiyalarının bir çoxunun fəallara qarşı çıxarılan qanunsuz hökmlər ilə bağlı olduğunu deyir.

“Bir məhbus o zaman aclığa başlayır ki bütün yolları gedib, artıq ümidi kəsilib və öz haqqını müdafiə etmək üçün canını ortaya qoymaqdan başqa çarə tapa bilmir,” deyə Fərdin Muradpur söyləyir.

O, ailəsinin qardaşının taleyindən xəbərsiz olduğuna diqqət çəkərək onun sağlıq durumu ilə bağlı narahat olduqlarını bildirir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG