Accessibility links

İŞİD Mosulda sərt müqavimət göstərir


İŞİD-in İraqdakı son istehkamına hücumun başlamasından iki ay sonra İraq hökumət qüvvələrinin üzləşdiyi çətinliklər optimizmi aradan qaldırıb.

Onlar bu döyüşün ilkin mərhələsində ən yaxşı döyüşçülərini önə vermişdilər.

Mosul şəhərinin civarlarında İraq təhlükəsizlik qüvvələri İŞİD-in şiddətli müqaviməti ilə üzləşir. İraq rəsmiləri gözlənilməz sayda itikilərin baş verdiyini deyir.

"Onlar bu döyüşün ilkin mərhələsində ən yaxşı döyüşçülərini önə verdilər," ABŞ rəsmisi Amerikanın Səsinə bildirib. Adının çəklilməsini istəməyən rəsmi əlavə edib ki, ən şiddəli döyüşlər Mosulun şərq civarlarında cərəyan edir.

ABŞ və İraq rəsmiləri İŞİD-in Mosulun qərbində daha sərt müqavimət göstərəcəyini gözləyirdilər. Güman edilirdi ki, şəhərin dar küçələrlə dolu qərb hissəsi İŞİD qüvvələri üçün daha əlverişli döyüş zonası olacaq. Bundan əlavə bu küçələr həm də İŞİD-in özəyini təşkil edən sünnilər tərəfindən məskunlaşıb.

Hərbi ekspertlər İŞİD-in hökumət qüvvələrinə şəhərin dar küçələrlə dolu qərbində döyüş verəcəklərini güman edirdi.
Hərbi ekspertlər İŞİD-in hökumət qüvvələrinə şəhərin dar küçələrlə dolu qərbində döyüş verəcəklərini güman edirdi.

Belə görünür ki, İŞİD şəhərin bütün guşələrində yaxşı istehkamlanıb, deyə başqa ABŞ rəsmisi bildirir.

İŞİD komandirlərinin döyüş taktikasını situasiyaya uyğun adaptasiya etməsi də İraq qüvvələrinin üzləşdiyi çətinlikləri artırıb. İŞİD hücumun qarşısını almaq üçün pusqulardan tutmuş intiharçı hücumlarınadək, hətta yerləşdirilən bombaların mahiyyətini dəyişdirməklə müxtəlif taktikalardan istifadə edir.

Geriləmələrə baxmayaraq İraq baş naziri Heydər əl-Abadi ilin sonunadək Mosulun azad ediləcəyini israr edir.

XS
SM
MD
LG