Accessibility links

Ankarada Rusiya səfiri güllələndi


Rusiyadanın Türkiyədəki səfiri Ankarada baş verən hücumda həlak olub. Bu barədə xəbəri Rusiya xarici işlər nazirliyi təsdiq edib.

Rusiya xəbər agentlikləri vurulan səfirin Andrey Karlov olduğunu bildirir. Karlov həyatını itirib, digər bir neçə şəxs hücumda yaralanıb.

Sosial mediada dolaşan videoda hücumçunun Rusiya səfirinə atəş açdığı göstərilir. Səfiri vurduqdan sonra əlində tapança tutmuş şəxs qışqırıb: "Allahu əkbər! Hələbi yaddan çıxarmayın. Suriyanı yaddan çıxarmayın!"

Türkcə danışan şəxs insanları geri durmağa çağırıb: "Yalnız ölüm məni buradan çıxara bilər. Bu zülmdə iştirak edən hər kəs bədəl ödəyəcək."

Hücum Karlov Ankarada “Rusiya türkərin gözləri ilə” adlı foto sərgidə işitrak edərkən baş verib.

Hücumçu polis tərəfindən güllələnərək öldürülüb.

XS
SM
MD
LG