Accessibility links

Braziliya polisi Yunanıstan səfirinin cəsədini tapdığını deyir


FILE - The undated handout photo released by the Brazilian presidency shows Greek ambassador to Brazil, Kyriakos Amiridis, center, in Brasilia on May 25, 2016.

Braziliya polisləri tapdıqları yanmış maşındakı cəsədin Yunanıstan səfiri olduğunu güman edirlər.

Globo telekanalı cümə axşamı Rio de Janeyronun Nova Iguacu məhəlləsində büsbütün yanmış ağ rəngli maşını göstərib.

Səfirin xanımı Kiriakos Amiridisin mənzili tərk etdikdən sonra qayıtmadığı haqda polisə məlumat verdikdən sonra istintaq başlanıb.

Yunanıstan səfiri Kiriakos Amiridisin bu yoxsul və kriminogen mühitli məhəllədə dostlarına baş çəkdiyi deyilir.

Globo maşının nömrə nişanının Yunan səfirinin maşınının nömrə nişanı ilə üst-üstə düşdüyünü xəbər verib.

Polis səfir Amiridisin sonuncu dəfə Nova Iguacu məhəlləsində göründüyünü xəbər verib.

Yunanıstan səfirliyinin əməkdaşları Amiridisin yoxa çıxmasını təsdiq etməmişdilər və onun həmin əraziyə istirahət etməyə getdiyini demişdilər. Səfir işə 9 yanvarda qayıtmağı planlaşdırırdı.

Səfirin xanımı Amiridisin mənzili tərk etdikdən sonra qayıtmadığı haqda polisə məlumat verdikdən sonra istintaq başlanıb. Amiridis Rioda vəzifəsinin icrasına bu il başlayıb. O, 2012-2016-cı illərdəLiviyada səfir işləyib.

XS
SM
MD
LG