Accessibility links

Şimali Koreya liderinin qardaşı öldürülüb


Malayziyanın Şimali Koreya lideri Kim Conq Unun qardaşlığının cəsədini ailə üzvlərinə təhvil verəcəyi gözlənilir. Kuala Lumpurda isə hava limanında baş verən qətllə bağlı üç şübhəli dindirilir.

Cənubi Koreyanın kəşfiyyat agentliyi Kim Conq Namın bazar ertəsi Kuala Lumpur Beynəlxalq Hava Limanında Makau təyyarəsinə minməyi gözlədiyində öldürüldüyünü təsdiq edib. Agentlik bildirir ki, iki şübhəli şimali koreyalı qadın agent onun üzərinə naməlum maye töküblər və üzünü bir parça bezlə örtüblər. O, xəstəxanaya aparılanda keçinib.

Ertəsi gün Kim Conq Namın cəsədi ikinci xəstəxanaya aparılıb və orada Şimali Koreya rəsmlərinin etirazlarına baxmayaraq onun meyiti yarılıb.

“Polis tərəfindən və tibbi prosedurlar başa çatandan sonra biz onun cəsədini səfirlik vasitəsilə ən yaxın qohumuna verə bilərik,” deyə Malayziyanın baş nazir müavini Əhməd Zhid Həmidi bildirib.

Kim Conq Namın ölümü ilə əlaqədar iki qadın həbs edilib. Onlardan biri Doan Ti Huonq, çərşənbə günü hava limanında üzərində Vyetnama aid səyahət sənədləri ilə həbs edilib.

Digər qadın isə videoda sarı köynək geyinən 25 yaşlı Siti Aişa cümə axşamı həbs olunub. Rəsmilər onun İndoneziya pasportuna sahib olduğunu deyir.

Polis bildirir ki, hər iki qadının şəxsiyyəti hava limanının kamera görüntüləri vasitəsilə müəyyən olunub.

Üçüncü şübəhli şəxs isə cümə axşamı polisə Siti Aişanın həbsinə gətirib çıxaran məlumatlar verəndən sonra həbs edilib.

Bir zamanlar Kim Conq Nam atasından sonra Şimali Koreyanın lideri olmağa hazırlaşırdı, lakin 2001-ci ildə Tokiodakı Disneylendə getmək üçün saxta passportla Yaponiyaya daxil olmağa çalışdığına görə, atası onu Makauya sürgünə göndərmişdi.

Cənubi Koreyanın casusluq agentliyi bildirir ki, Kim Conq Un hakimiyyətə gələndən sonra qardaşının öldürülməsinə əmr verib, lakin 2012-ci ildə onun qətl cəhdi alınmayıb.

Kim Conq Nam avtoritar rejimi tənqid etdiyi üçün qardaşının hakimiyyətinə təhlükə olaraq görülürdü. Bundan əlavə Çin prezidenti Şi Tsinpinqin Şimali Koreyanın lideri olaraq Kim Conq Namı görmək istədiyi ehtimal edilirdi.

XS
SM
MD
LG