Accessibility links

Havay və Merilend ştatları Trampın yeni səyahət qadağasının qarşısını alıb


Havay və Merilend ştatlarının Trampın yeni səyahət qadağasının qarşısını almasından sonra prezident Donald Tramp lazım olsa, Ali Məhkəməyə qədər gedəcəyinə söz verib.

Tramp Tennesi ştatının Neşvil şəhərində keçirilən mitinqdə hakim Derrik Vatsonu səlahiyyətlərini aşdığına görə tənqid edib və prezident kimi Amerika xalqının təhlükəsizliyini qorumaq üçün ölkəyə kimin daxil olduğuna icazə verildiyinə nəzarət etməyə səlahiyyəti olduğunu deyib.

Federal hakim Derrik Vatson Havayın baş prokuroru Doq Çinin məhkəməyə təqdim etdiyi iddianın lehinə qərar çıxarıb.

Doq Çin altı müsəlman ölkəsindən ziyarətçi və immiqrantların gəlişinə qadağanın müsəlmanları hədəf alaraq konsitusiyanı pozduğunu, eləcə də xarici tələbələrə və ştatın turizm sektoruna ziyan vuracağını iddia edib.

Trampın vəzifəsinin icrasına başlayandan bir həftə sonra verdiyi ilk sərəncama əsasən İran, Liviya, Somali, Sudan, Suriya və Yəmən vətəndaşlarının ABŞ-a daxil olmalarına qadağa tətbiq edilmiş, hökümətin qaçqın proqramı isə altı ay müddətinə dayandırılmışdı.

Orijinal sənədin imzalanmasından sonra hava limanlarında xaos yaşanmışdı, ölkəboyu bir sıra etiraz aksiyaları keçirilmişdi

İki həftə öncə tədqim edilən ikinci səyahət qadağası siyahısından İraq çıxarılıb.

Səyahət qadağasının qarşısını almaq üçün ən azı altı digər ştat da məhkəməyə müraciət edib.

Seçki kampaniyası boyu Tramp bir neçə dəfə qaçqın və müsəlmanların Birləşmiş Ştatlara daxil olmasına qadağanın tətbiqinə dair çağırışlar edib.

XS
SM
MD
LG