Accessibility links

Trampın gündəmi ləngiyir [Video]


Trampın gündəmi ləngiyir
please wait

No media source currently available

0:00 0:01:54 0:00

Trampın gündəmi ləngiyir

Adətən ABŞ prezidentinin hakimiyyətdəki ilk 100 günündə yeni administrasiyanın siyasi təklifləri Konqres tərəfindən böyük müqavimət üzləşmədən irəliləyə bilir. Amma Trampın hakimiyyətdəki ilk 100 günündə hər şey o qədər də rahat həyata keçmir.

ABŞ prezidenti Donald Tramp vəzifəsinin icrasına başlayadan bəri çox məşğuldur. O ya sərəncamlar imzalayır ya da siyasi təklifləri müzakirə etmək üçün qanunvericilərlə görüşlər keçirir.

Məncə, biz 50 gündə bu vəzifədə olan hər bir kəsdən daha çox iş görmüşük.
Donald Tramp

Lakin o gündəmini irəlilətməyə çalışarkən bir çox maneələrlə üzləşir.

“Məncə, biz 50 gündə bu vəzifədə olan hər bir kəsdən daha çox iş görmüşük,” deyə Tramp bildirib.

Respublikaçı təhlilçi Evan Siqfried deyir ki, Tramp immiqrasiyayadan tutmuş səhiyyə və büdcəyədək yüksək prioritetli məsələlərdə böyük müqavimətlə üzləşir.

O deyir ki, artıq iki aydır hakimiyyətdə olan bu administrasiya müvəffəqiyyətli olmaq üçün lazım olan uzunmüddətli tədbirlər görə bilmir.

Buna misal olaraq, bir neçə gün öncə iki fereral hakim Trampın altı müsəlman ölkəsindən ziyarətçilərin ABŞ-a daxil olmasına müvəqqəti qadağa tətbiq etmək cəhdinin qarşısını alıb.

Tramp səhiyyə planı ilə bağlı Konqresdə öz partiyası arasında da müqavimətlə üzləşib. Hökümət təhlilçiləri onun bu planının on milyonlarla insanın tibbi sığortasız qalması ilə nəticələcəyini iddia edir.

Prezident Donald Tramp
Prezident Donald Tramp

Ağ Ev rəsmiləri Trampın irəli sürdüyü büdcəni müdafiə edir. Bu büdcəyə əsasən hərbi xərclərin artırlması üçün bir çox federal proqramlar ləğv ediləcək.

Ağ Evin büdcə direktoru deyir ki, “Tramp “Amerikanın maraqlı öndə getməlidir” deyən bir prezidentdir, ona görə də, indi onun təqdim etdiyi büdcənin də “amerikanın maraqları öndə getməlidir” siyasətinə əsaslanması təəccüblü olmamalıdır.”

Tramp onun irəli sürdüyü təkliflərin danışıqlar prosesinin ilk mərhələsi olduğunu və hər hansı bir razılıq əldə olunsanandək qanunvercilər arasında fikir ayrılıqların olacağını gözlədiyini deyir.

Lakin özünü “sazişlər ustadı” adlandıran Donald Tramp hələ ki, bir çox fikir ayrılıqlarını aradan qaldırmağa nail ola bilməyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG