Accessibility links

Fransada siyasi mərkəz hakimiyyət uğrunda çarpışır [Video]


May ayının 7-sində Fransız seçiciləri prezident seçkilərinin ikinci turu üçün yenidən səsvermə məntəqələrinə üz tutacaqlar. Hər zamankı kimi siyasətdən bezmiş fransızlar mövcud establişmentin dəyişdirilməsinə çalışacaqlar. Bununla belə seçicilərin bir çoxu Fransanı Avropa Birliyindən ayırmağı təklif edən ultra-mühafizəkar namizəd Marin Le Peni dəstəkləməkdən vaz keçib. Onun rəqibi olan mərkəzçi Emmanuel Makron Fransa siyasətinin yeni səsi olaraq qiymətləndirir. Lakin, bəzi seçicilər onu elitanı təmsil etməkdə günahlandırırlar.

Seçkilərin birinci turunda Makronun qələbə qazanması və həmçinin aparılan sorğuların da nəticələrinə görə belə qənaətə gəlmək olar ki, bu gənc siyasətçi Fransanın növbəti prezidenti olmağa çox yaxındır. Parisdən Amerikanın Səsinə müsahibə verən Laure Mandevil bildirib ki, Makronun qalibiyyəti gözlənilən olsa da, bu barədə dəqiq proqnoz vermək çətindir.

"Doğrudur ki, işçi sinifinin insanları Marin Le Peni sevmirlər. Lakin, Makron da onların sevimlisi deyil. Çünki, insanlar düşünürlər ki, Makron böyük bankları, lobbiçilər və qlobaballaşmanı təmsil edir."

Mandevil həmçinin bildiribdi ki, əgər Makron qalib gəlsə onun partiyası, “İrəli”, parlament seçkilərində öz namizədlərinin daha çox seçilməsinə çalışacaqdır. Lakin, sabit hökümətin təşkili üçün lazım olan dəstəyi alacağını demək çox çətindir..

Le Pen Milli Cəbhə partiyasında ciddi dəyişikliklər etmiş, atasından qalan kəskin irqçi və anti-mühacir ritorikasından imtina edərək, partiyanın qapılarını geniş kütləyə açmışdır. Mandevilin fikrincə isə Fransa ictimaiyəti Avropa İttifaqını və ümumi valyuta zonasını tərk etməyin gətirəcəyi nəticələr barədə narahatdırlar.

"Hal-hazırda Fransada Makronla Marin Le Pen arasındakı səs fərqi 20 faizə yaxındır. Bu səbəbdən də iki həftə sonra Makronun qalib gələ bilməməyi hər kəs üçün böyük surpriz olar. Buna görə düşünürəm ki, Brexit ssenarisinin yenidən təkrarlanması o qədər də real görülmür."

Aldoy eyni zamanda bildirib ki, Le Pen atasının səhv siyasəti nəticəsində partiyaya olan inamlarını itirmiş insanları iqtisadi problemləri gündəmə gətirməklə yenidən siyasi proseslərə cəlb edə bilib.

"Jen Mari Le Pen daha çox birmövzulu namizəddir. Onun bütün siyasəti irqçilik üzərindən qurulmuşdu. Marin Le Pen isə atasından fərqli olaraq insanları narahat edən məsələləri dilə gətirməklə insanların inamını qazanıb."

Ekspertlər hesab edirlər ki, Le Pen seçkilərin ikinci turunda məğlub olduğu halda belə, onun Fransa siyasətinə təsiri davam etməkdə olacaq.

XS
SM
MD
LG