Accessibility links

Türkiyədə tibbi turizm güclənməkdədir [Video]


Türkiyədə tibbi turizm güclənməkdədir
please wait

No media source currently available

0:00 0:01:57 0:00

Türkiyədə tibbi turizm güclənməkdədir

Türkiyə müalicə məqsədli turistlərin ən çox səyahət etdiyi ölkələrdəndir. Hər il minlərlə insan tibbin müxtəlif sahələrindən istifadə etmək üçün bura üz tutur.

Əgər İstanbulun Taksim meydanında gəzərkən qarşınıza Yaxın Şərqldən yeni saç transplantasiya əməliyyatı keçirmiş kişilərin çıxarsa təəccüblənməyin.

Son zamanlarda baş verən terror hadisələrinə rağmən Turkiyəyə tibbi məqsəd üçün gələn turistlərin sayı artmaqdadır. Turkiyə Səhiyyə nazirliyinin bildirdiyinə görə 2016-cı ildə 151 min insan müayinə və müalicə üçün Türkiyəyə səfər edib.

Tibbi turistlər üçün məsləhətçilik edən Emrə Ali Kodana görə müalicə olunmaq üçün Türkiyəyə bu qədər çox insanın gəlməsinə səbəb yalnızca qiymətin ucuz olması deyil.

Onun sözlərinə görə, göstəriləntibbi xidmətin səviyyəsi çox yüksəkdir. "Hətta bəzi sahələrdə Avropanı da keçmişik. Yaxın Şərqlə aramızda mədəni oxşarlıq var. Biz onları, onlar da bizi tanıyırlar. Ona görə də Yaxın Şərqdən olan xəstələr buranı daha üstün tutur. Avropada bizim etimadımız yüksəlməkdədir", o bildirib.

2016-cı ildə Türkiyədə orta hesabla hər ay 5000 nəfər saç transplantasiya əməliyyatı olunub. Bu il bu rəqəmin daha da artacağı gözlənilir.

XS
SM
MD
LG