Accessibility links

Əfqanıstanda İŞİD tərəfindən 2 mülki vətəndaşın başı kəsilib


Öldürülənlərin Amerika casusları olduğu deyilir

Əfqanıstanda girov saxlanılan 2 mülki vətəndaşın İŞİD yaraqlıları tərəfindən başları kəsilib.

Kunar vilayətinin qubernatoru Vahidullah Kalimzay Amerikanın Səsinə bildirib ki, hadisə 2 gün əvvəl Manoqi rayonunda baş verib. O, qurbanların hökumətlə heç bir əlaqəsi olmadığını bildirib.

İslam Dövlətinin Əfqanıstanın Xorasan cinahı öldürülənlərin Amerika casusları olduğunu deyib. Qlobal media şəbəkəsində onların Quantanamo məhbuslarının geyimində şəkilləri nümayiş etdirilib.

Əl telefonu ilə çəkilmiş videoda yerli sakinlərin onların cinayətlərini etiraf edərək, İŞİD lideri Mulvi Əbdul Rəhmanın yerini öyrənməyə çalışdıqlarını deyib.

Rəhman Amerikanın son dron hücumlarının birində öldürülüb. Avqustun 10-da həyata keçirilən hava zərbələri nəticəsində terror qrupunun bir neçə aparıcı üzvü öldürülüb.

Dünən Kabil hücumunun da məsuliyyətini İŞİD üzərinə götürüb.

Əfqanıstan polisi Kabildə kriket oyunlarının keçirildiyi stadionun qarşısında intiharçı bomba hücumu nəticəsində azı üç adamın öldüyünü, beş nəfərin isə yaralandığını bildirib.

Polis sözçüsü Amerikanın Səsinə ölənlər arasında 2 polis işçisinin də olduğunu bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG