Accessibility links

İlk qatarlar Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə yola salınıb [Video] (Yenilənib-1)


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan, Qazaxıstan Respublikasının Baş naziri Bakıtjan Saqintayev, Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili, Özbəkistan Respublikasının Baş naziri Abdulla Aripov ilk BTQ qatarına minib və Ələt stansiyasına qədər gediblər.

***

Bakının 70 km cənub-qərbində Ələt qəsəbəsində Bakı-Tbilisi-Qars dəmir yolunun açılış mərasimi artıq başlayıb.

Amerikanın Səsinin müxbirinin veridiyi məlumata görə mərasimdə Azərbaycan prezidenti İlham Əliyev, Türkiyə prezidenti Rəcəp Tayyip Ərdoğan, Gürcüstan baş naziri Georgi Kvirikaşvili, Qazaxıstan baş naziri Bakintjan Sagintayev, Özbəkistan baş naziri Abdulla Aripov iştirak edirlər.

Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu layihəsi 2007-ci ildə imzalanmış Azərbaycan-Gürcüstan-Türkiyə dövlətlərarası sazişi əsasında həyata keçirilib.

Layihə çərçivəsində Gürcüstanda Axalkalaki stansiyasından Qars şəhərində dəmir yolu stansiyasına qədər 105 km uzunluğunda dəmir yolu xətti tikilib, bunun 76 kilometri Türkiyənin, 29 km-i Gürcüstan ərazisinin payına düşür. Axalkalakidə həmçinin 1435 mm / 1520 mm təkərdəyişdirmə stansiyası tikilib. Həmçinin, 183 km-lik Axalkalaki-Tbilisi hissəsinin yenidənqurması həyata keçirilib. BTQ-nin ümumi uzunluğu 826 km-dir.

Birinci mərhələdə BTQ ilə ildə 1 mln. sərnişin və 6,5 mln. ton yük daşınacaq, gələcəkdə illik yük axını 17 mln. tona, sərnişin axını 2 mln-a çatdırılacaq.

Gürcüstan hissəsinin tikintisi Azərbaycan tərəfindən maliyyələşdirilib. Azərbaycan gürcüstana ümumi məbləği 775 mln. dollar olan iki imtiyazlı kredit ayırıb.

BTQ ilə qatarların maksimum hərəkət sürəti saatda 120 km-ə çatacaq.

BTQ Avropadan Çinə qədər dəmir yollarının birləşdirilməsi üzrə daha böyük layihə olan yeni “Böyük İpək Yolu” layihəsinin bir hissəsidir.

Türkiyə dəmir yollarının inkişafı proqramına əsasən İstanbulda Bosfor körfəzi altında Marmaray sualtı dəmir yolu tuneli tikilib, bu, ümum-Avropa dəmir yolları şəbəkəsi ilə birbaşa əlaqəni təmin edir.

BTQ-nin açılışı birbaşa dəmir yolu daşımalarını (yüklər bir nəqliyyat növündən başqasına yüklənmədən) həyata keçirməyə imkan verəcək. Bu, okean daşımalarına alternativ olacaq və malların yolda keçirdiyi vaxtı iki dəfədən çox - 12-15 günə qədər azaltmağa imkan verəcək.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG