Accessibility links

Elmar Məmmədyarov: Danışıqlar yenilənmiş Madrid prinsipləri əsasında aparılır [Video]


Elmar Məmmədyarov
Elmar Məmmədyarov

Xarici işlər naziri Moskvada Minsk Qrupunun həmsədrləri ilə görüşəcək

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov noyavrın 16-da Moskvada ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşəcək.

Bu barədə nazir Məmmədyarov noyabrın 15-də Bakıda Braziliyanın xarici əlaqələr naziri Aloyzio Nunyes Ferreira ilə görüşündən sonra keçirilən mətbuat konfransında jurnalistlərin sualına cavabda bildirib.

Elmar Məmmədyarov: Danışıqlar yenilənmiş Madrid prinsipləri əsasında aparılır
please wait

No media source currently available

0:00 0:02:56 0:00

Onun sözlərinə görə, Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə noyabrın 19-20-də Bakıda səfərdə olacaq.

"Müzakirə olunacaq məsələlər masa üzərindədir. Biz istəyirik ki, danışıqlar naminə danışıqlar aparılmasın. Hətta tələb edirik ki, konkret nəticələr olsun. Prezidentlərin görüşündə də qeyd edildi ki, danışıqlar intensiv xarakter alsın. Bu mövqe ilə Moskvaya gedirəm. Münaqişənin həllinin vaxtı çatıb. Hamı bilir ki, danışıqlar nəticəli olmalı, məcburi köçkünlər geri qaytarılmalı və sülh bərpa edilməlidir. Azərbaycan təkid edir ki, məsələni yerindən tərpədək", nazir Moskvada keçirəcəyi görüşlərlə bağlı sualının cavabında deyib.

Məmmədyarov danışıqların hansı prinsiplərlə aparılması barədə Amerikanın Səsinin sualının cavabında deyib: “Yenilənmiş Madrid prinsipləri masanın üzərindədir”.

XS
SM
MD
LG