Accessibility links

ABŞ Səfirliyi əlilliyi olan insanların pulsuz hüquqi yardım almasına kömək edir


ABŞ Səfirliyi əlilliyi olan insanlara pulsuz hüquqi yardım almağa kömək edir

ABŞ-ın Azərbaycandakı Səfirliyi "“GÜLSAM” Əlillərin Reabilitasiyası İctimai Birliyinə "İnsan Haqqları üçün Hüquqi Yardım və Təhsil" adlı layihənin həyata keçirilməsi üçün dəstək göstərib.

ABŞ Səfirliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin məlumatına görə, regionlarda qanuni yardım və əlilliyi olan şəxslərə pulsuz hüquqi yardım göstərmək istəyən vətəndaşlar üçün layihə Ağsu, Cəlilabad, Salyan və Bakıda altı ay ərzində həyata keçirilib.

ABŞ Səfirliyi əlilliyi olan insanlara pulsuz hüquqi yardım almağa kömək edir
ABŞ Səfirliyi əlilliyi olan insanlara pulsuz hüquqi yardım almağa kömək edir

Layihənin məqsədi hər bir regionda 20 nəfərədək insanı əmək qanunvericiliyi, əlilliyi olan şəxslərlə bağlı qanunlar, təhsil hüquqları haqqında hüquqi yardım və biliklə təmin etmək idi. 2017-ci ilin mayında başlayan layihə, tam təlim kursu və fərdi məsləhətləşmə sessiyaları vasitəsilə öz hüquqlarını öyrənmiş 200 nəfərdən ibarət idi.

Tədbirin bağlanma mərasimində ABŞ Sreəfirliyinin nümayəndələri, jurnalistlər, QHT rəhbərləri və əlilliyi olan insanlar iştirak edib.

Əlilliyi olan şəxslərin reabilitasiyası üzrə "GULSAM" İctimai Birliyi 1 avqust 2005-ci ildə qeyri-kommersiya təşkilatı olaraq qeydə alınıb. 2013-cü ildə GULSAM əlil insanlar üçün dərzilik dərslərinin təşkilini həyata keçirib. Təşkilat həmçinin gənclərə biznes bacarıqları və təcrübələrini öyrədən “Gənclər, QSC” pilot proqramına ev sahibliyi edib.

XS
SM
MD
LG