Accessibility links

Boeing şirkətinin rəhbəri Azərbaycanla əməkdaşlığı müzakirə edib


İlham Əliyev və Kevin Makalister
İlham Əliyev və Kevin Makalister

“Boeing Commerical Airplanes” şirkətinin prezidenti və baş icraçı direktoru Kevin Makalister Azərbaycana səfəri çərçivəsində başçılıq etdiyi şirkətin bu ölkə ilə əməkdaşlığı məsələlərini müzakirə edib. Alister Azərbaycan prezidenti İlham Əliyev və AZAL şirkətinin prezidenti Cahangir Əsgərovla görüşüb.

Azərbaycan prezidentinin rəsmi saytının məlumatına görə, İ.Əliyev bildirib ki, Azərbaycan mülki aviasiyası bu şirkətin istehsal etdiyi 20-yə yaxın təyyarə alıb.

Dövlət başçısı son illər ölkədə 6-ı beynəlxalq aeroport olmaqla 7 yeni aeroportun inşa edildiyini, ən müasir səviyyədə yükdaşıma və nəqliyyat təyyarələrinin fəaliyyət göstərdiyini bildirib.

Söhbət zamanı tərəflər bundan sonra da hava nəqliyyatı sahəsində əməkdaşlığı inkişaf etdirməyə hazır olduqlarını bildirib.

“Azərbaycan Hava Yolları" QSC-nin press-relizində deyilir ki, AZAL və Boeing arasında sazişə əsasən 2018-ci ildən Boeing 737 MAX təyyarələri Azərbaycana daxil olmağa başlayacaq, 2020-ci ilin sonlarına qədər onların ümumi sayı ona çatacaq. 2022-ci ilin sonuna qədər ölkəyə daha dörd Boeing 787-8 təyyarəsinin gələcəyi gözlənilir.

AZAL aviaşirkəti hazırda Boeing 787 Dreamliner, Boeing 767, Boeing 757, habelə Airbus 340, Airbus 320, Airbus 319 və Embraer 190 təyyarələri istismar edir.

AZAL aviaşirkətinin ümumi marşrut şəbəkəsi 25 ölkədə təxminən 40 istiqamətdən ibarətdir. 2017-ci ildə "Azərbaycan Hava Yolları" 2,2 mln.-dan çox sərnişin daşıyıb.

XS
SM
MD
LG