Accessibility links

Keçmiş Kataloniya lideri müstəqillik ilə bağlı danışıqların aparılmasına çağırır


Kataloniyanın sabiq prezidenti Karles Puçdemon İspaniya hökümətini Kataloniyanın ayrılıq bəyanı ilə bağlı danışıqlara başlamağa çağırıb.

Keçmiş separatçı lider bu çağırışı Almaniyanın Neumuenster şəhərindəki həbsxanadan buraxılandan bir gün sonra, şənbə Berlində keçirdiyi mətbuat konfransı zamanı dilə gətirib.

“Avropa qarşılıqlı hörmətə əsaslanan siyasi danışıqlar gözləyir. Katalan xalqı bunu tələb edir. Kataloniya iqtisadiyyatı, cəmiyyəti və mədəniyyətinin buna ehtiyacı var,” Puçdemon deyib.

Puçdemon Finlaniyadan oktyabr ayında İspaniyadan qaçandan bəri yaşadığı Belçikaya səfər edərkən Almaniyada həbs olunmuşdu.

İspaniya höküməti ötən il qeyri-qanuni refenum keçirərək Kataloniyanı müstəqil dövlət elan etməyə cəhd etdiyinə görə, Puçemonu üsyan qaldırmaqda ittiham edib. Madrid həmçinin Puçdemonu ictimani pullardan sui-istifadə etməkdə günahlandırır.

Puçdemon cümə günü zəmanət müqabilində evə azadlığa buraxılıb. Bu müddətdə isə Almaniya hakimləri onu İspaniyaya ekstradisiya edib-etməməyə qərar verəcək.

Şvesiq ştatının məhkəməsi qərar verib ki, üsyan ittihamı ekstradisiya tələb etmir, amma Puçdemon Kataloniyanın müstəqillik refendumunu keçirmək üçün ictimai pulların mənimsənməsi ittihamından dolayı ekstradisiya edilə bilər.

XS
SM
MD
LG