Accessibility links

AXCP fəalı həbsdə saxlanılıb


İyunun 1-də Bakı Apellyasiya Məhkəməsi Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Rəyasət Heyətinin üzvü Aqil Məhərrəmlinin həbsindən verilmiş şikayəti tımin etməyib. Qapalı keçirilən məhkəmə iclasında AXCP funksionerinin özü də iştirak edib.

A.Məhərrəmlinin vəkili Aqil Layıcov bildirib ki, hakim Həsən Əhmədovun sədrlik etdiyi hakimlər kollegiyası apellyasiya şikayətini təmin etməyib. A.Məhərrəmli barəsində ilkin istintaq dövrü üçün dörd ay müddətinə həbs-qətimkan tədbiri seçilməsinə dair 25 mayda çıxarılmış qərar qüvvədə saxlanılıb.

Aqil Məhərrəmli mayın 25-də saxlanılıb. Növbəti gün Baş Prokurorluq və Daxili İşlər Nazirliyi onun üç həftə əvvəl qanunsuz narkotik dövriyyəsi ittihamı ilə həbs edilmiş Gədəbəy rayonunun keçmiş icra başçısı Saleh Rüstəmov və onun qardaşı oğlu Vidadi Rüstəmli ilə birlikdə cinayət məsuliyyətinə cəlb edildiyi haqqında məlumat yayıb.

Hüquq-mühafizə orqanları beş şəxsi qanunsuz sahibkarlıqda və çirkli pulların yuyulmasında ittiham edir. Rəsmi versiyaya görə, S.Rüstəmov Rusiyada bizneslə məşğul olarkən sahibkarlardan Xalq Cəbhəsi Partiyasının fəaliyyətini maliyyələşdirmək üçün pul yığıb. Pul bank dövriyyəsindən kənar göndərilib və AXCP fəallarına ötürülüb.

AXCP isə çirkli pulların yuyulması ilə bağlı ittihamı tam cəfəngiyyat adlandırıb.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG