Təhlilçilər: Müllerin istintaqı Trampın yaxın çevrəsində korrupsiyanı üzə çıxarır
ABŞ prezidenti Donald Trampın iki yaxın müttəfiqi ciddi maddələr üzrə təqsirli tanınıb. Çərşənbə axşamı Trampın kampaniya meneceri Pol Manafort bank və vergi fırıldaqçılıqları ittihamı ilə səkkiz maddə üzrə məhkum olub, Trampın keçmiş vəkili Maykl Kohen isə səkkiz cinayət üzrə özünü günahkar tanıyıb. Təhlilçilər deyir ki, bu iki məhkəmə işi Trampın yaxın çevrəsində korrupsiya hallarının üstünü açıb, amma yaxın gələcəkdə ona sadiq elektorata təsir göstərməyə bilər.