Accessibility links

Tənqidçilər Rusiyanın Dima Yakovlev qanununun kimsəsiz uşaqlara ziyan vurduğunu deyir


Tənqidçilər Rusiyanın Dima Yakovlev qanununun kimsəsiz uşaqlara ziyan vurduğunu deyir
please wait

No media source currently available

0:00 0:02:07 0:00

Rusiya hökümətinin ABŞ vətəndaşlarına rusiyalı uşaqları övladlığa götürməyi qadağan edən Dima Yakovlev qanununu qəbul etməsindən altı ildən çox vaxt keçib. Bu mübahisəli qanuna Amerikadakı atalığı tərəfindən park olunmuş maşında qalıb, istidən ölən rusiyalı kimsəsiz uşağın adı verilib. Kimsəsiz uşaqları himayələrinə götürən valideynlər və ekspertlər bu qanunun onların həyatı və ümumilikdə Rusiya cəmiyyətini necə dəyişdiyindən bəhs edir.

Beş yaşlı Ayurun bioloji anası onu daha dörd günlük ikən şərqi Sibirin Ulan-Ude şəhərində xəstəxanada tərk edib.

Əngəlli uşaqlar çox nadir hallarda övladlığa götürülür. Bəlkə də bir ildə yüz uşaq.
Mitya Aleşovski

Həkimlər Ayurun anasından onun üçün qaraciyər donoru olmağını istəyəndə, o bunu rədd edib.

Moskvada fəaliyyət göstərən dizayner Nataliya Burdina Ayurun şəklini o, hökümətin hesabında adı bilinməyən donordan alınan qaraciyər transplantasiyası olunandan qısa müddət sonra Facebook-da görüb.

“Mən övladlığa uşaq götürməyi düşünmürdüm. Amma bu uşağa yardım etməli olduğuma qərar verdim”, Nataliya Burdina bildirir.

Ekspetlər deyir ki, bu yaxınlaradək sağlamlıq və inkişaf problemləri olan uşaqlar Rusiyadakı ailələr tərəfindən övladlığa götürülmürdü.

“Əngəlli uşaqlar çox nadir hallarda övladlığa götürülür. Bəlkə də bir ildə yüz uşaq”, Help Needed xeyriyyə fondundan Mitya Aleşovski deyir.

Ayurun bəxti gətirib. Hüquq müdafiəçiləri şikayət edir ki, Dima Yakovlev qanunu minlərlə uşağın Amerikada ailə tapmaq şansını əlindən alır.

“Bu qanun ikrah doğurur. İnsafsızdır, gücsüz və müdafiəsizləri hədəf alır” - deyə, Help Needed xeyriyyə fondundan Mitya Aleşkovski bildirir.

Kimsəsiz uşaq
Kimsəsiz uşaq

Qanun ABŞ rusiyalı vəkil Sergey Maqnistkinin 2009-cu ildə Moskva həbsxanasında ölümünə görə Rusiya rəsmilərinə sanksiyalar tətbiq edəndən sonra qəbul edilib.

Qanuna qarşı ictimai etirazlar heç bir dəyişikliyə gətirib çıxarmayıb, lakin müşahidəçilər deyir ki, bu məsələ ictimai debata yol açıb və rusiyalıların uşaq övladlığa götürmək məsələsinə yanaşmasını dəyişib.

“Mətbuatda amerikalıların bizim əngəlli uşaqlarımızı övladlığa götürmələri barədə çox sayda hekayələr yer alırdı. Ondan sonra uşaq evlərindən alınan bu cür uşaqların sayı artıb” – Kimsəsizlərə Yardım Edən Könüllülər fondundan Yelena Alşanskaya bildirir.

Statistika onu göstərir ki, artıq daha çox rusiyalı övladlığa uşaq götürür, lakin sosiallaşma və müstəqil yaşayış sahələrində hələ də problemlər mövcuddur.
Fəallar isə deyir ki, Ayur kimi uşaqların həyatlarını dəyişməyin əsas yolu odur ki, rusiyalılar uşaq övladlığa götürmək məsələsi ilə bağlı düşüncələrini dəyişsin və onun kimi uşaqlara ev tapmaq kimi insani işlər görsün.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG