Accessibility links

Ural Hatəmi: İranda yoxsulların əksəriyyəti çalışan insanlardır


Sosioloq Ural Hatəminin söylədiklərinə görə, fəhlələrin məişət sıxıntısı, iş təhlükəsizliyi və təşkilatlanma şəraiti baxımından İrandakı vəziyyət dünyadakı ortalama səviyyənin xeyli altındadır.

Ural Hatəmi: İranda yoxsulların əksəriyyəti çalışan insanlardır
please wait

No media source currently available

0:00 0:15:08 0:00

Ankarada nəşr edilən “Maduniyyət” jurnalının yazarı Amerikanın Səsi ilə söhbətdə İranda işçilərin durumu və həmkarlar ittifaqlarının rolunu dəyərləndirib.

Dövlət özü necə edə bilər ki, işçini, fəhləni təmsil etsin? Dövlət necə edə bilər ki, işçi tərəfindən iş müqavilələri ilə bağlı qalxsın danışsın? Dövlət necə edə bilər işçi tərəfindən desin ki, işçinin qarnı toxdur ya acdır?

Ural Hatəmi bu yaxınlarda Maduniyyət dərgisində dərc edilən “İranda işçi haqları ve işçi hərəkatları” adlı məqaləsində ölkədə işçilərin başlıca problemləri olaraq məişət sıxıntısı, iş təhlükəsizliyi və təşkilatlanma problemlərini təhlil edib.

“Bu üç kateqoriyanı buna görə ələ aldım ki, bunlar artıq İranda problem deyil, böhran halına gəliblər. Məişət sıxıntısı çox ciddidir... Sendikaların (həmkarlar ittifaqı) tamamən yasaqlanması və işçilərin heç bir haqq hüququnun olmaması çox böyük problemdir. İşçilər heç bir şəkildə sözlərini deyə bilmirlər. Deyincə tutulurlar,” araşdırmaçı söyləyir.

Onun dediklərinə görə, “bunlar bütün ölkələrdə problem olsa da, səviyyəsi ölkədən ölkəyə dəyişir. Bir də ki, işçilərin təşkilatlanma problemi bir çox ölkədə ciddi səviyyədə çözülmüşdür. Məsələn, həmkarlar ittifaqlarının qurulması. Yəni bunlar qlobal problemlər olsalar da, İranda dünyadakı ortalama səviyyənin çox daha altında bir durumu görürük.”

Ural Hatəmi işçilərin məişəti haqqında qərar verən komissiyalarda işçilərə təmsil olunma haqqının verilmədiyini vurğulayır:

Həmkarlar ittifaqlarının tamamən yasaqlanması və işçilərin heç bir haq hüququnun olmaması çox böyük problemdir. İşçilər heç bir şəkildə sözlərini deyə bilmirlər. Deyincə tutulurlar.

“Dövlət özü necə edə bilər ki, işçini, fəhləni təmsil etsin? Dövlət necə edə bilər ki, işçi tərəfindən iş müqavilələri ilə bağlı qalxsın danışsın? Dövlət necə edə bilər işçi tərəfindən desin ki, işçinin qarnı toxdur, ya acdır? Bunu işçinin özünün deməsi lazim. İşçi bunu necə deyə bilər? İşçiyə kanallar və yollar açılmalıdır ki, orada sözünü desin.”

Maduniyyət yazarı deyir, “işçi öz hüququnu və çıxarlarını doğru-düzgün deyə bilmir. Təşkilatlanma və sendikalaşma yolu ilə bunu deyə bilər... sendikadan təmsilçi göndərilməlidir ki maaş mövzusunda bazarlıq etsin. Bu yoxdur. İş qanunu işçinin təmsil edilməsinə icazə vermir. İran İslam Respublikası təşkilatlanmağa xüsusilə icazə vermir.”

O, İranda yoxsulların əksəriyyətinin əslində çalışan insanlardan ibarət olduğunu önə çəkir.

“İranda yoxsulların hamısı işsiz insanlar deyil. Yoxsulların böyük faizi çalışan insanlardır. Həm çalışır həm yoxsuldur. Demək ki işinin qarşılığında aldığı maaş kifayət etmir. Ölkədə 14 milyon işçi var. Bunların 70 faizinin yoxsulluq həddinin altında yaşadığı deyilir. Bunu rəsmi qurumların verdiyi rəqəmlərdə görürük,” deyə Ural Hatəmi əlavə edir.

XS
SM
MD
LG