Accessibility links

Mahmud Bilgin: Türk fəal öz işçisi və kəndlisinin problemlərinə diqqət yetirməlidir


Mahmud Bilgin
Mahmud Bilgin

Mahmud Bilgin deyir ki, hazırkı böhranlı vəziyyətdə türk fəallar milli məsələdən əlavə İran Azərbaycanında yoxsul siniflərinin üzləşdiyi iqtisadi çətinliklərə də diqqət yetirməlidirlər. Güney Azərbaycan Demokrat Partiyasının (GADP) başqanı Amerikanın Səsi ilə söhbətdə İranda toplumun müxtəlif siniflərinin keçirdiyi tətil aksiyalarını şərh edib.

Mahmud Bilgin: Türk fəal öz işçisi və kəndlisinin problemlərinə diqqət yetirməlidir
please wait

No media source currently available

0:00 0:13:56 0:00

Mahmud Bilginin sözlərinə görə, “İranın iqtisadi durumu keçmişdən bəri ildən-ilə ağırlaşırdı amma, indi artıq vəziyyət doğrudan da böhranlı bir şəraitə gəlib çıxıb. Elə ki, İslam Respublikasının rəsmiləri, özləri də bunu dilə gətirməyə başlayıblar.”

İslam Respublikası bu anlamda öz legitimliyini itirib. Əhali durumu öz yaşayışı ilə ölçür. Yəni, fikri məsələləri bir yana, bu gün əhalinin süfrəsi boşdur.

O, hazırkı iqtisadi böhranın bütün ictimai təbəqələr üzərində mənfi təsir göstərdiyini vurğulayır:

“Bu vəziyyət toplumun bütün təbəqələrinin yaşayışına təsirini göstərib. Tətil aksiyaları da bu səbəblə ortaya çıxır. İctimai problemləri də buna əlavə etsək, qarşımızda xəstə bir toplum görürük. İslam Respublikası bu anlamda öz legitimliyini itirib. Əhali durumu öz yaşayışı ilə ölçür. Yəni, fikri məsələləri bir yana, bu gün əhalinin süfrəsi boşdur.”

Bilgin əlavə edir, “əsas basqı da aşağı siniflərin üzərindədir; fəhlələr, kəndlilər və müəllimlər, böhran birinci dərcədə bunları tutur... Görürük ki, etiraz edənlər və tətil keçirənlər də elə bu siniflərdir.”

Qeyri-fars bölgələrdə işsizlik və mühacirətin yüksək səviyyədə olduğuna işarə edən Mahmud Bilgin kiçik zavodların qapadılması ilə durumun daha ağırlaşdığını önə çəkir.

İran Azərbaycanının müxtəlif bölgələrində müəllimlər, bazar əsnafı və yük maşını sürücüləri tətil keçiriblər.
İran Azərbaycanının müxtəlif bölgələrində müəllimlər, bazar əsnafı və yük maşını sürücüləri tətil keçiriblər.

“İranda mövcud olan iqrçi hakimiyyət adını qoyur qıraq şəhərlər, biz deyək, digər millətlər ya qeyri-fars millətlər; bunların sərmayəsi mərkəz şəhərlərə aparılıb, maddi imkanları çox azdır. İşçilər İsfahan, Şiraz, Kirman və Tehran kimi bölgələrə getməyə məcbur qalır... İşsizlik toplumun böyük bir dərdidir,” İsveçdə yaşayan diaspora fəalı ifadə edir.

Mənə elə gəlir ki, artiq türk fəalların çoxu, indi buna yetişiblər ki, öz fəhlə məsələləri, müxtəlif siniflərin, işçilər və kəndlilərin problemlərini əsas tutub və bunlara yön verməlidirlər.

Mahmud Bilgin hesab edir ki, türk fəallar İran Azərbaycanındakı iqtisadi vəziyyət və xüsusilə yoxsul siniflərin üzləşdiyi çətinliklərə daha artıq diqqət yetirməlidirlər:

“Türk milli fəallar olaraq, indiyə dək bizi əsas incidən şey, assimilyasiya siyasəti və onun ardınca da Urmiyə Gölü kimi məsələlər olmuşdur. Yəni, bizim dilimiz və varlığımızın təhlükədə olduğu üçün fəalların çoxunun fokusu ümiyyətlə milli məsələlərə yönəlmişdir. İndi ki, bu son illərdə, iqtisadi çətinliklər özünü daha ağır səviyyədə göstərməkdədir, fəallarımız milli məsələni də yerində saxlayaraq, iqtisadi böhran mövzusuna da yönəlməlidirlər.”

Bilgin bu istiqamətdə müsbət əlamətlər gördüyünü bildirir.

“Mənə elə gəlir ki, artiq türk fəalların çoxu, indi buna yetişiblər ki, öz fəhlə məsələləri, müxtəlif siniflərin, işçilər və kəndlilərin problemlərini əsas tutub və bunlara yön verməlidirlər. Bunu etməsələr, başqa qruplar, o cümlədən şahçılar və Xalqın Mücahidləri, bunları oğurlayıb və yön verərlər. Fəallarımız buna yavaş yavaş diqqət yetirməyə başlayıblar...”

XS
SM
MD
LG