Accessibility links

Suriyanın İdlib vilayətində gərginlik müharibəyə çevrilə bilər


Birləşmiş Millətlər Təşkilatının yüksək vəzifəli rəsmisi xəbərdarlıq edir ki, Suriyanın şimalında İdlib vilayətində artan zorakılıqlar nəzarətdən çıxa və bunun orada yaşayan üç milyon mülki vətəndaş üçün fəlakətli nəticələri ola bilər.

Suriyanın İdlib vilayətində zorakılıqların artması BMT və beynəlxlaq müşahidəçilər arasında narahatlıq doğurur. Son iki həftə ərzində Rusiyanın dəstəklədiyi Suriya qüvvələri və Əl-Qaidə ilə əlaqəsi olan üsyançılar arasındakı döyüşlər nəticəsində azı 100 mülki vətəndaş ya həlak olub ya da yaralanıb.

İnsanlar üçün qorxmaq və bombalardan qaçmaq gündəlik reallıqdır. Amma əgər bombalama davam etsə, bu dəfə hara qaçsınlar?
Nəcat Roçdi

Onlarla tibb və səhiyyə təsisləri və məktəblər hava hücumlarına məruz qalıb və 180 mindən çox insanın evlərindən daha təhlükəsiz yerlərə qaçdıqlarını bildirilir.

Lakin BMT-nin yüksək vəzifəli humanitar müşaviri Nəcat Roçdi deyir ki, İdlibdə təhlükəsiz ərazi yoxdur. Onun sözlərinə görə, İdlibdəki üç milyon insan orada ilişib qalıb və oradan qaçış yolu yoxdur.

“İdlibdə həyatların itirilməsi və mülki vətəndaşların əzab çəkməsi qəbul edilə bilməz”, o deyib. “İnsanlar üçün qorxmaq və bombalardan qaçmaq gündəlik reallıqdır. Amma əgər bombalama davam etsə, bu dəfə hara qaçsınlar? Onlar onsuzda təhlükəsiz yer axtarışında oraya gəliblər. Bundan sonra hara gedə biləcəklər”, Roçdi sual edib.

Roçdi deyir ki, o, hazırda İdlibdə artan zorakılığın tam miqyaslı müharibəyə çevrilib-çevrilməyəciyini proqnozlaşdıra bilməz. Amma o, Birləşmiş Millətlər Təşkilatının ən pis vəziyyətə hazırlaşdığını deyir.

“Bu, əsl fəlakət olacaq. Əgər gərginlik indikindən daha da çox artsa, yəni, təkcə mülki vətəndaşların tələfatı baxımından deyil, həm də regiondakı dinamika baxımından gərginlik artsa, əsl faciə olacaq”, o söyləyib.

Suriyanın İdlib vilayəti
Suriyanın İdlib vilayəti

Roçdi deyir ki, Suriyanın mühasirəyə alınan ərazilərinə yardım çatdırmaqla məşğul olan Humanitar İşçi Qüvvəsi gərginliyin azaldılmasına çağırır. O deyir ki, münaqişəyə cəlb olunan tərəflər ötən sentyabr ayında imzalanan atəşkəs memorandumuna riayət etməlidir.

O, Astana vasitəçilərini, xüsusən də Rusiya və Türkiyəni zorakılıqları dayandırmaq və gələcək gərinliklərin qarşısını almaq üçün atəşkəsi bərpa etməyə çağırır. O, BMT-ni də prosesə cəlb olunmağa çağırır.

XS
SM
MD
LG