Accessibility links

Niderland və Birləşmiş Krallıqda Avropa Parlamenti seçkiləri keçirilir


Britaniyanın Leyboristlər partiyasının lideri Ceremi Korbin
Britaniyanın Leyboristlər partiyasının lideri Ceremi Korbin

Hollandiya və Birləşmiş Krallıqda cümə axşamı Avropa Parlamenti seçkiləri başlayıb. Ümumilikdə 28 üzvlük ittifaqda seçki dörd gün davam edəcək. Bu seçkidə milli hökümətlərində daha çox səlahiyyətə sahib olmaq istəyən populist avroskeptiklərlə daha dərin inteqrasiyanın tərəfdarları arasında rəqabət aparılır.

Niderlandda səsvermə başlayandan yarım saat sonra Birləşmiş Krallıqda da seçki məntəqələri açılıb. Birləşmiş Krallıq cümə axşamı səsvermənin keçirildiyi yeganə digər ölkədir. Birləşmiş Krallığın özündə Avropa İttifaqını tərk etmək planları və baş nazir Tereza Meyin hakimiyyəti ilə bağlı problemlər mövcuddur.

Bazar günü gecə bitəcək seçki Avropa İttifaqında hakimiyyətə gəlmək istəyən populistlər və millətçilərə dəstəyin artdığı bir vaxt keçirilir. Fransa və Almaniya isə israr edir ki, yaranan yeni dünya düzəninin dəyişən iqtisadi və təhlükəsizlik maraqlarına qarşı ən yaxşı müdafiə birlikdir.

Niderlandın Azadlıq Partiyasının (PVV) lideri Girt Uilders, İtaliyanın baş nazir müavini Matteo Salvini, Fransanın Milli Cəbhə partiyasının lideri Marin Le Pen. 28 may 2019.
Niderlandın Azadlıq Partiyasının (PVV) lideri Girt Uilders, İtaliyanın baş nazir müavini Matteo Salvini, Fransanın Milli Cəbhə partiyasının lideri Marin Le Pen. 28 may 2019.

Fransa prezidenti Emmancuel Makron deyir ki, məqsəd son altmış ildə inkişaf etdirilən Avropa İttifaqındakı birliyi aradan qaldırmağa çalışan “məhvetmə və parçalama koalisiyasına təslim olmamaqdır”.

Bu mərkəzçi qüvvələrə əhəmiyyətli təhlükə yaradan populistlər seçkidən öncə birləşib. Şənbə günü Fransanın Milli Cəbhə partiyasının lideri Marin Le Pen və Almaniya üçün Alternativ partiyasının lideri Yorq Muten daxil olmaqla on millətçi lider İtaliyanın anti-miqrant daxili işlər naziri Matteo Salvininin mitinqinə qoşulub.

Birləşmiş Krallığın Leyboristlər partiyasının lideri Ceremi Korbin cümə axşamı xəbərdarlıq edib ki, “ifrat sağ yüksəlir” və əlavə edib ki, “bizim indi atacağımız addımların gələcəyimizə böyük təsirləri olacaq”.

Avropa boyu seçicilər ümumilikdə 751 qanunvercini seçəcək, lakin Birləşmiş Krallıq Avropa İttifaqını tərk edəndən sonra bu rəqəm 705-ə düşəcək. Hazırda Niderlandlılar parlamentdə 26 yerə sahibdir, Brexitdən sonra isə 29 yerə sahib olacaqlar. Birləşmiş Krallığın isə Avropa Parlamentində 73 qanunvericisi var. Ölkə Avropa İttifaqından ayrılandan sonra isə onlar işlərini itrəcəklər.

Dörd gün davam edəcək seçkinin nəticələri rəsmi olaraq bazar gecə açıqlanacaq, amma Niderlandın milli yayım şirkəti NOS cümə axşamı gecə səsvermə bitəndən sonra exit poll nəticələrini paylaşacaq.

Niderlanddakı nəticələr Avropa İttifaqındakı ümumi mənzərəni təsvir edə bilər. Belə ki, rəy sorğuları xarizmatik ziyalı Tiero Bodenin başçılıq etdiyi sağçı populist Demokratiya naminə Forum partiyasının baş nazir Mark Ruttenin mərkəz-sağçı VVD partiyasının qızğın rəqabət apardığını və onlar arasındakı fərqin çox az olduğunu göstərir.

Amsterdamda səsvermə məntəqəsi
Amsterdamda səsvermə məntəqəsi

Ticarətlə məşğul olan zəngin Niderland Avropa İttifaqının açıq sərhədi və tək vlayutasından faydalanır. Ölkə həmçinin Avropa İttifaqının büdcəsinə də böyük gəlirlər gətirir. Skeptik niderlandlı seçicilə 2005-ci ildə keçirilən referendumda təklif olunan Avropa İttifaqı konstitusiyasının əleyhinə səs veriblər.

Partiyası mart ayında əyalət seçkilərində sürpriz şəkildə qalib gələn Bodenin düşüncələri Salvinin başçılıq etdiyi milli populist hərəkatından çox Macarıstan radikal prezidenti Viktor Orbanla daha uyğundur. Amma çərşənbə günü keçirilən debatda o, miqrasiyanın qarşısını almaq siyasətinə görə, Salvinini “Avropanın qəhrəmanı” adlandırıb.

“Afrika və Yaxın Şərqdən gələn immiqrantlar bizim mədəniyyətimiz, dəyərlərimiz, həyat tərzimiz, qadınlara ola sevgimizə və s. tamimilə ziddir”, Bode deyib. “Bunun qarşısı alınmalıdır, amma bu, Avropa səviyyəsində baş verməyəcək”.

XS
SM
MD
LG