Accessibility links

Ağ Evin keçmiş kommunikasiya direktoru Nümayəndələr Palatasında ifadə verəcək


Hop Hiks
Hop Hiks

ABŞ Nümayəndələr Palatasının Ədliyyə Komitəsi çərşənbə günü Ağ Evin sabiq kommunikasiya direktoru Hop Hiksi bağlı qapılar arxasında sorğu-sual edəcək. Bu, Robert Müllerin hesabatı aprel ayında açıqlanandan bəri ilk dəfədir ki, qanunvericilər prezidentin yaxın çevrəsindən olan bir insanı sorğu-sual edir.

ABŞ prezidenti Donald Trampın keçmiş yaxın müşaviri Hiksdən ifadə almaq demokratlar tərəfindən mühüm qələbə olaraq görülür, çünki Tramp daha öncə dəfələrlə onların təhqiqat aparmalarının qarşısını alıb.

Komitə ilk olaraq Hiksi ictimaiyyətə açıq ifadə verməyə çağırsa da, daha sonra bağlı qapılar arxasında sorğu-sual aparmağa razılaşıb. Sorğu-sual sessiyasının stenoqramı dərc olunacaq.

Hiksin nə qədər məlumat paylaşacağı bəlli deyil. O, daha öncə Müllerin Rusiyanın müdaxiləsi ilə bağlı istintaqı ilə əməkdaşlıq edib. Sorğu-sualda iştirak edəcək Ağ Evin vəkilinin isə onun bəzi sualları cavablandıramsının qarşısını alacağı gözlənilir.

Ağ Evin müşaviri Pat Kipollone çərşənbə axşamı komitənin sədrinə ünvanladığı məktubda yazıb ki, Tramp Hiksa “onun prezidentin baş köməkçisi olaraq xidmət göstərdiyi dövrə aid” suallara cavab verməməsinə dair göstəriş verib.

Kipollone deyib ki, Hiks, hökümətin icraedici və qanunverici qolları arasında hakimiyyət bölgüsü səbəbilə Trampın keçmiş müşavirlərdən biri kimi prezidentə verdiyi xidmətlə bağlı ifadə verməyə tam azaddır. Ağ Ev daha öncə də demokratların bir çox tələblərinə cavab olaraq prezidentin Oval ofisin qərar qəbuletmə prosesinin məxfiliyini qorumaq məqsədilə məlumat gizlətmək haqqının olduğunu irəli sürüb.

Demokratlar iddia edirdi ki, bu, Hiksin ifadəsinə tətbiq oluna bilməz, xüsusilə də çünki o artıq Müllerlə əməkdaşlıq edib. Komitə həmçinin Hiksdən sənədlər tələb edib, amma o bu sənədlərin bir hissəsini onlara təqdim edib.

XS
SM
MD
LG